Qazaxıstanlı sahibkar Kanat Amirkin qazaxıstanlıların dünyanın ən yaxşı universitetlərində təhsil almaları üçün pul ödəyəcək.

Qazaxistan KİV-nin məlumatına görə, o, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

 “Hamınız xatırlayırsınız ki, mən bu yaxınlarda xeyriyyə fondunun yaradılmasını elan etmişdim, o yalnız şirkətimizin regional gəlirləri hesabına doldurulacaq. Bilməyənlər üçün qeyd edirik ki, biz şirkətin regional gəlirinin 30%-ni bərabər nisbətdə olmaqla Qazaxıstan və Ukrayna üçün xeyriyyə layihələrinə ayırmaq qərarına gəldik. Və hazırda rəsmi proseslər davam edərkən mən ehtiyacı olanlara kömək etmək üçün öz vəsaitimdən 100 000 dollar ayırmışam.

Tərəfdaşlarımızla növbəti addımımız, məncə, uşaqları orta məktəbdə oxuyan və 2024-cü ildə və daha sonra məktəbi bitirən valideynlər üçün demək olar ki, unikal təklifdir.  Mən və tərəfdaşlarım mavi pasporta malik olan və dünyanın ən yaxşı universitetlərinə daxil ola bilən uşaqların təhsil haqqını ödəyəcəyik”, - iş adamı yazıb.

Onun sözlərinə görə, müraciət edən şəxs mütləq Qazaxıstan vətəndaşı olmalıdır.

Sahibkar vurğulayıb ki, uşağın milliyyətinin, dəri rənginin, dilinin və s. fərqi yoxdur -  yeganə şərt budur ki, o, Qazaxıstanda doğulmuş olmalıdır.

“Düşünürəm ki, Forbes siyahısındakı məmurların və “iş adamlarının” uşaqları istisna olmaqla, demək olar ki, bütün uşaqlar bu meyarın altına düşür. Aşağıdakı dünya universitetlərindən birinə daxil ola bilən ağıllı uşağınız varsa - Welcome!” İndi daha ciddi hazırlaşın və hər şey mümkündür! ", deyə Kanat Amirkin həmvətənlərinə səslənib.

Onun sözlərinə görə, yerlərin sayı məhdud deyil.

Bu isə sahibkarların təhsil haqqını ödəməyə hazır olduğu dünyanın ən yaxşı universitetlərinin siyahısı:

 

1 - Massaçusets Texnologiya İnstitutu (MIT), Amerika Birləşmiş Ştatları

 

2 - Kembric Universiteti, Böyük Britaniya

 

3 - Oksford Universiteti, Böyük Britaniya

 

4 - Harvard Universiteti, Amerika Birləşmiş Ştatları

 

5 - Stanford Universiteti, Amerika Birləşmiş Ştatları

 

6 - Imperial College London, Böyük Britaniya

 

7 - ETH Sürix (Swiss Federal Institute of Technology), İsveçrə

 

8 - National University of Singapore (NUS), Sinqapur

 

9 - UCL (University College London), Böyük Britaniya

 

10 - Kaliforniya Universiteti, Berkeley (UCB), Amerika Birləşmiş Ştatları

 

11 - Çikaqo Universiteti, Amerika Birləşmiş Ştatları

 

12 - Pensilvaniya Universiteti, Amerika Birləşmiş Ştatları

 

13 - Kornell Universiteti, Amerika Birləşmiş Ştatları

 

14 - Melburn Universiteti, Avstraliya

 

15 - Kaliforniya Texnologiya İnstitutu (Caltech) Amerika Birləşmiş Ştatları

 

16 - Yale Universiteti, Amerika Birləşmiş Ştatları

 

17 - Princeton Universiteti, Amerika Birləşmiş Ştatları.

Beləliklə, bundan sonra qazaxıstanlı uşaqların tale üzünə güləcək. Hətta imkansız ailələrin belə övladları xaricdəki bahalı universitetlərdə təhsil ala biləcəklər: yetər ki, orta təhsil illərini boşa xərcləməsinlər və bilikli olmağa çalışsınlar.

Ağıllı insanlar hər zaman yatırımı elmə, təhsilə ediblər. Qazaxıstanda da belə bir düşüncədə olan sahibkar varsa, xoş o xalqın halına.

 

JASMİN  

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN