Daxili işlər orqanlarında xidmət keçmək öhdəliyini yerinə yetirməyənlər onlara çəkilmiş xərcləri geri ödəyəcəklər.

Bu məsələ Milli Məclisin bu günkü iclasında müzakirə edilən "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"yə dəyişiklikdə öz əksini tapıb.

 Qeyd edilən dəyişikliyə əsasən, daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilədə bu Əsasnamənin 10-5-ci maddəsində qeyd edilən şəxslərin daxili işlər orqanlarına xidmətə könüllü daxil olması, təhsili başa vurduqdan sonra 7 (yeddi) il müddətində daxili işlər orqanlarında xidmət keçmək vəzifəsi, habelə təhsili basa vurduqdan sonra daxili işlər orqanlarında xidmət keçmək istəməyən, yaxud həmin müddətdə öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxan şəxslərin müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı ali təhsil müəssisəsində onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi nəzərdə tutulur.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN