"Bakalavra tədris olunmayan fənlər, öyrədilməyən biliklər və formalaşdırılmayan bacarıqları necə yoxlamaq olar?"

TEZADLAR.AZ xəbər verir ki, təhsil eksperti Kamran Əsədov magistraturaya qəbul imtahanlarından narazılıq edib.

Onun sözlərinə görə, magistraturaya qəbul imtahanlarında bakalavrlardan tələb olunan fənlər üzrə biliklər ya universitetlərin tədris proqramında yoxdur, ya da bu fənlər magistraturaya qəbul imtahanlarında yüksək nəticə əldə edəcək qədər tədris olunmur. 

O, həmçinin inşa ilə essenin fərqini belə bilməyən bakalavrlardan esse yazmaq tələb edidiyini də vurğulayıb.

Kamran Əsədov bu barədə özünün sosial şəbəkə hesabında yazıb: 

"Ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul imtahanında bakalavrlar riyazi məntiq, informatika və xarici dildən müxtəlif tipli 95 test tapşırığına cavab verir, 5 ballıq esse yazırlar.

Gələk imtahan modelində istifadə olunan test tapşırıqlarına: 51 ali təhsil müəssisəsinin heç birinin tədris proqramında riyazi məntiq yoxdur. Ali təhsil müəssisələrində məntiq fənni var və bu, bir semestr keçirilən, bir çox universitetdə seçmə fənn kimi təqdim olunan ikinci dərəcəli fənndir, bəzən heç imtahan da olmur bu fəndən. İnformatika fənni də 1 semestr tədris olunur (ixtisas fənni istisna olmaqla), xarici dil isə maksimum 2 semestr tədris olunur, amma çox zəif. İndi bakalavra tədris olunmayan fənlər, öyrədilməyən biliklər və formalaşdırılmayan bacarıqları necə yoxlamaq olar?  Bu, birbaşa bütün bakalavrların repetitor yanına, hazırlıq kurslarına yönəlməsi deyilmi? Kimin pulu varsa, bahalı kursa gedib, yaxşı bal toplasın, pulu olmayan kənarda qalsın?

Magistratura pilləsinə qəbul imtahanının nəticələri, bu imtahanda tələbənin topladığı bal ali təhsil müəssisələrinin nəticəsi, əziyyəti deyil. Çünki bu imtahanının proqramını, imtahan suallarını universitet tədris etmir. İmtahanda riyazi məntiq suallarını texniki və təbiət fənlərinin məzunları yaxşı yaza bilər, amma humanitar, kənd təsərrüfatı kimi ixtisasların məzunları əziyyət çəkir, - deyə bildirib.

Təhsil eksperti qeyd edib ki, ümumiyyətlə, bu model imtahan nəticəsi ilə elm adamlarını, gələcəyin tədqiqatçılarını seçmək olmaz.

"Mütləq şəkildə ixtisas fənlərindən test tapşırığı olmalıdır. Bundan əlavə, esse yazma tələb olunur. Ali təhsil müəssisələrinin esse ilə bağlı tədris proqramına baxdım, onlar hələ inşa ilə essenin fərqini müəyyən edə bilməyiblər. Əsas da, DİM imtahanda esse tələbi ilə bakalavrların ciddi bal itkisinə səbəb olacaq.  Bəli, gələcəyin tədqiqatçıları akademik yazını bilməlidir, amma bu bacarıqlar öncə formalaşdırılmalı, ondan sonra yoxlanılması və ölçülməsi mümkündür.

Ali təhsil müəssisələrində indiyə qədər magistratura imtahanının nəticələri tədqiq olunubmu?", - o, diqqətə çatdırıb.

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN