SOCAR-ın Bakı Ali Neft Məktəbində “Həyat dövrünün qiymətləndirilməsi. Nəzəriyyə və təcrübə” adlı akademik dərsliyin təqdimat mərasimi keçirilib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə BANM-in rektoru Elmar Qasımov sosial media hesabında məlumat verib.
Rektor vurğulayıb ki, təqdim olunan dərslik Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşəbbüsü və “SOCAR Türkiyə” şirkətinin təşkilatçılığı ilə nəşr edilib. Kitabın layihə rəhbəri isə “SOCAR Türkiyə” şirkətinin icraçı direktoru Elçin İbadovdur.
"Təqdimat mərasimində SOCAR-ın vitse-prezidenti Ziba xanım Mustafayeva, SOCAR-ın Kommunikasiya məsələləri üzrə İcraçı direktoru Aygün xanım Hüseynova, “SOCAR Türkiyə” şirkətinin icraçı direktoru cənab Elçin İbadov, “SOCAR Green”in baş direktoru cənab Elmir Musayev iştirak ediblər.
Qeyd edək ki, dərslik tələbələr, tədqiqatçılar və LCA (Life Cycle Assessment) sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub", - deyə  Elmar Qasımov qeyd edib.
elmar-q-teq-4
e
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN