"Lənkəran-Astara Regional İdarənin rəhbəri Elxan Nəcəfov (Elxan Nəcəfov  bu ilin aprel ayında Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri təyin olunub) rüşvətxorluq baş alıb gedən Cəlilabad təhsində guya "problem həllə etməyə" gəlibmiş... Amma gəlişi barədə cəlilabadlılara heç bir məlumat verilməyib! Aydın məsələdir ki, gəlişinizin gizlin saxlanmasının əsas səbəbi Cəlilabad təhsilində baş verən özbaşınalıqlardan şikayət edən çoxsaylı real şikayətçilərin xəbərdar olmamağı idi! Əks halda, real problemləri sizə deməyə gələn axının qarşısını rüşvətxor, saxtakar Ağaxan Ağayev ala bilməyəcəkdi (Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının 26 may 2021-ci il tarixli, 84 nömrəli əmri ilə Cəlilabad RTŞ-nin müdiri vəsifəsini müvəqqəti icra edir – RED.)!"

Bunu Cəlilabad rayon sakini Mədət Quliyev özünün feysbuk səhifəsində yazıb.

M.Quliyev daha sonra yazır: "Cəlilabad təhsilində ən böyük problem yaradan şəxs olan saxtakar Ağaxan Ağayevlə bərabər hansı problemləri həll etdiniz ki? Əgər doğurdan da problem həll etmək istəyirsizsə, Cəlilabad rayonundakı məktəblərdə təhsil şöbəsinin xəbəri olmadan şəffaf, dürüst yoxlamalar aparın!"

İddia olunanlarla bağlı qarşı tərəfin də mövqeyini dətc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN