Azərbaycan Tibb Universitetinin kitabxanasından istifadə edəcək tələbələrə geyimlə bağlı qadağa qoyulub.

Bu barədə sosial şəbəkələrdə foto məlumat paylaşılıb. Fotoda qeyd edilib ki, ictimai qaydalara uyğun olaraq, Əsaslı Kitabxanaya qısa şalvarda (şortik), maykada gəlmək qəti qadağandır.

TEZADLAR.AZ xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Tibb Universitetindən KİV-in sorğusuna bildirilib ki, bu sadəcə cəmiyyətdəki etik qaydalara uyğun olaraq verilən bir qərardır.

"Təhsil müəssisələrinin daxili nizam-intizam qaydaları var və bu qaydalara uyğun olaraq müəyyən məsələlərin tənzimlənməsi normal haldır", - deyə əlavə edilib. (trend)

Doğrudan da, təqdirəlayiq haldır. Ümumiyyətlə, bu qadağalar bütün universitetlərdə qoyulmalıdır. Və belə tələb, nəinki kitabxanaya, auditoriyaya daxil olan bütün tələbələrə şamil edilsə daha yaxşı olar. Çünki son dövrlər, bəzi tələbələrin geyim tərzlərinin elm - təhsil ocaqlarına uyğun olmadığı görünür. Və hansısa ölkənin sərbəst geyim üslubu bizi millilikdən uzaqlaşdırmamalıdır  - xüsusən də elm ocaqlarında.

Hər bir geyimin öz yeri, öz məkanı olduğunu da kimsə unutmamalıdır.

 

Y.MƏMMƏDLİ   

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN