Agentlik tərəfindən müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilsə də, bir sıra  heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirməkdədir.

“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir.

Əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında heyvan kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik norma və qaydalara uyğun fəaliyyət göstərməsi zəruri şərtlərdəndir.

Qeyd edək ki, aparılan müntəzəm yoxlama-nəzarət tədbirləri zamanı qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aşkar olunmuş faktlar üzrə məlumatlar Agentlik tərəfindən müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilsə də, bir sıra  heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirməkdədir.

Belə ki, 2021-ci il 12 iyul tarixində keçirilən monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onların qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.

AQTA-dan TEZADLAR.AZ-a bildirilib ki, nöqsanlar aşkarlanan heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:

                   

  1. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən, fiziki şəxs Abdulxalidov Anar Asif oğluna məxsus heyvan kəsimi məntəqəsi;
  2. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M. Aslanov küçəsində yerləşən, fiziki şəxs Quliyev Əlizadə Ələkbər oğluna məxsus heyvan kəsimi məntəqəsi;
  3. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M. Aslanov küçəsində yerləşən, fiziki şəxs Novruzov Əlisultan Ələmşad oğluna məxsus heyvan kəsimi məntəqəsi;
  4. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Babək küçəsi ilə 10 May küçəsinin kəsişməsində yerləşən, fiziki şəxs Çırağov Məzahir Yapon oğluna məxsus heyvan kəsimi məntəqəsi;
  5. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində yerləşən, fiziki şəxs Kazımov Niyazi Rövşən oğluna məxsus heyvan kəsimi məntəqəsi. 

  Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN