Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək məqsədilə qanvermə aksiyası keçirilib.

Qurumdan verilən məlumata görə, aksiyada Milli Hematalogiya və Transfuziologiya Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hematoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.

Qanvermə aksiyasına nazirliyin digər qurumlarının əməkdaşları da qoşulub.

Aksiyaya qoşulanlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin savab iş olduğunu vurğulayıb, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN