Rusiya Federasiyasının Səhiyyə Nazirliyi tərəfindən "Ambervin" adlı yeni dərman preparatını koronavirus infeksiyasının müalicəsi üçün qeydə alınıb.
Dərmanın beynəlxalq qeyri-mülkiyyət adı tirozil-D-alanil-qlisil-fenilalanil-leysil-arginin suksinatdır.
Dərman ağciyərlərin viruslu zədələnməsinin kompleks terapiyasının bir hissəsi kimi orta ağırlıqda olan koronavirusun müalicəsində istifadə oluna bilər.
Dərman əzələdaxili və inhalyasiya yolu ilə istifadə edilə bilər. "Ambervin" "Promomed" şirkətinindir.
***
Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində sətəlcəm xəstəliyinin yayıldığı bildirildi. 31 dekabr 2019-cu ildə başlayan virusa Ümumdünya Səhiyyə təşkilatı (ÜST) tərəfindən 2019-nCoV adı verildi, daha sonra Virusların Taksonamiyası üzrə Beynəlxalq Komitəsi tərəfindən SARS CoV2 olaraq adlandırıldı. Bəzi tədqiqatçılar, koronavirusun ən çox yayıldığı yer Huanan Dəniz Bazarı olduğunu bildirdi.
18 fevral 2020-ci il tarixində koronavirusun pnevmoniyasının başlanğıcında 2,009 təsdiqlənmiş ölüm və 75,200 təsdiqlənmiş yoluxma faktı qeydə alındı. Uhan ştammı SARS-CoV ~ 70% genetik oxşarlığı olan 2B qrupundan olan Betakoronavirusun yeni bir növü kimi müəyyən edildi. Virusun yarasa koronavirusuna 96% bənzərliyi var, buna görə də yarasaların mənşəyi geniş şübhə altındadır.
Qeyd edək ki, son zamanlar bütün dünyada xəstəliyə yoluxma sayında əhəmiyyətli azalma müşahidə edilməkdədir. Və virusun yeni ştammına yoluxma zamanı xəstələr həm daha tez sağalır, həm də ölüm halları azalıb.
JASMİN