Pandemiya ilə bağlı Fransada vəziyyət gərginləşib...

Belə ki, Fransa Prezidenti Emmanuel Makronun karantin rejiminin sərtləşməsi ilə bağlı açıqlaması gənclər arasında populyarlığının kəskin azalmasına səbəb olub. Belə ki, “Ifop” tərəfindən həftəlik “Le Journal du Dimanche” qəzeti üçün aparılan sorğunun nəticələri bunu deməyə əsas verir. Xüsusilə peyvənd olunmayan tibbi personalın işdən çıxarılmasını müdafiə edən Makronun hərəkətləri, 25 yaşdan 34 yaşa qədər olan insanların 68% -i tərəfindən qınanıb. Fransa Prezidenti Emmanuel Makron televiziya vasitəsilə vətəndaşlara müraciətində bildirib ki, tibb işçilərinin peyvəndlənməsi məcburidir, sərhədlərdə nəzarət gücləndiriləcək, COVID-19 epidemiyası ilə bağlı PCR testləri ödənişli olacaq, ictimai yerlərdə avqustun əvvəlindən sanitar pasport tələb olunacaq. Eyni zamanda iyulun 21-dən teatr, konsert, festivallarda və attraksion parklarında sanitar pasport tələb olunacaq. Ölkədə 50 nəfərdən çox insanın toplaşdığı məkanlara COVID pasportu olmadan girişə icazə verilməyəcək.

 Artıq dünyanın bir çox ölkələrində də karantin rejiminin sərtləşməsinə zərurət yaranıb. Bu barədə Rusiya mətbuatı da yazır. 

Azərbaycana gəldikdə isə, son on gün ərzində az da olsa, virusa yoluxmalarda artım müşahidə edilir. Məsələn, dünən 255 nəfər virusa yoluxub. İctimai rəy isə ona köklənib ki, əgər belə davam edərsə, karantin rejiminin sərtləşməsinə gediləcək.

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN