İsrail hökuməti Gürcüstanı koronavirusun yayılmasının yüksək olduğu "qırmızı ölkələr"

siyahısına daxil edib. Bu barədə  İsrailin Tiflisdəki mətbuat xidməti xəbər yayıb.

Diplomatik nümayəndəliyin məlumatına görə, İsrail hökumətinin qərarı ilə 30 iyuldan etibarən Gürcüstan İsrail ziyarətçilərinin səfərlərinin qadağan olunduğu "qırmızı" ölkələr siyahısına daxil edilir (bəzi müstəsna hallar istisna olmaqla).

 Nazirlik ölkələrin siyahısının həftəlik olaraq dəyişdirildiyini qeyd edib. Gürcüstanda koronavirusla bağlı vəziyyətin yaxşılaşacağı təqdirdə, İsrail rəhbərliyinin məhdudiyyətləri zəiflədəcəyi və ya qaldıracağı da vurğulanıb.

Qeyd edək ki, Gürcüstanda COVİD -19-a yoluxma səviyyəsi günbəgün artır. İyulun 23-ə olan məlumata görə, ölkə üzrə 2460 yeni yoluxma faktı qeydə alınıb.  Bu gün virusdan 20 nəfərin ölməsi ilə bərabər ümumilikdə 5656 nəfər həyatını itirib. Hazırda ölkə üzrə karantin rejimində 50, stasionar nəzarətdə isə 4780 nəfər var. 1487 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır. 

Bir neçə gün əvvəl Gürcüstan Respublikası Xəstəliklərə Nəzarət Milli Mərkəzin rəhbəri Amiran Qamqrelidze də son vəziyyətlə bağlı açıqlama vermişdi. Xəstəliklərə Nəzarət Milli Mərkəzi məhdudiyyətlərin geri qaytarılması üçün Koordinasiya Şurasına müraciət etsə də, Koordinasiya Şurası bu məsələni müzakirəyə çıxarmamışdı.

Gürcüstan KİV-in məlumatına görə, Gürcüstan Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Çerçvadze isə bu gün mətbuata verdiyi açıqlamasında bildirib ki, yeni bir kilidlənmə planlaşdırılmır, nə də planlaşdırıla bilməz.  Çerçvadze deyib ki, kilidlənmə məsələsini nə o, nə də hökumət dəstəkləmir: "Şəxsən mən bunu dəstəkləmirəm və bildiyim qədər hökumət də bunu dəstəkləmir. Müəssisələr açıldı, insanlar normal həyata qayıtdı. Hazırda bu vəziyyəti qoruyub saxlamaq üçün, vətəndaşlardan xahişimiz odur ki, tibbi maskadan maksimum istifadə etsinlər", - deyə T. Çerçvadze bildirib.

Odur ki, hamımız maksimum maskadan istifadəyə edək. Ən azından Gürcüstandakı kritik vəziyyətə düşməmək üçün. 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN