İki akeşer (tibb işçisi – mama) körpə alverində şübhəli bilinərək saxlanılıb.
Bu barədə Qazaxıstanın “Polisia.kz” saytı məlumat yayıb.
Bundan əvvəl Jambil vilayətinin prokurorluğu məlumat vermişdi ki, yanvarın 12-də Regional Polis İdarəsinin əməkdaşları Taraz şəhər prokurorluğu ilə birgə yeni doğulmuş uşaq alveri faktını aşkar ediblər.
Cambıl vilayətinin Polis Departamentinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Taraz şəhər çoxsahəli xəstəxanasının iki akuşerini saxlayıblar.
İstintaq tədbirləri zamanı müəyyən edilib ki, 39 yaşlı şəhər sakini yeni doğulmuş qız uşağını akuşerlərdən 1,5 milyon təngəyə (5537.85 AZN-red) alıb.
Faktla bağlı QR-nın “Yetkinlik yaşına çatmayanların alveri” maddəsinin 1-ci hissəsi ilə ibtidai istintaq başlanıb. Qadınlar müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Uşaq alıcısından profilaktik tədbirlər çərçivəsində heç bir yerə getməmək və düzgün davranış şəklində yazılı vəd alınıb.
Yeni doğulan uşaq balaca Tarazdakı körpələr evinə yerləşdirilib. İstintaq davam edir.
JASMİN