Azərbaycanda ümumi təhsil müəssisələrində beş günlük qış (27-31 yanvar) tətili başa çatmaq üzrədir.

Qış tətilindən sonra ümumi təhsil müəssisələrində ilk iş günü 1 fevral 2023-cü il tarixidir.

TEZADLAR.AZ xəbər verir ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Məktəblərdə qış tətili başa çatdığı bir vaxtda ölkədə geniş yayılan influenza narahatlıq doğurur. Nəzərə almaq lazımdır ki, adıçəkilən virusa uşaqların yoluxması daha çox qeydə alınır. Məktəbə qayıdarkən azyaşlılar arasında virusun daha geniş yayılmaq riski mövcuddur.

Bu vəziyyətdə həm valideynlər, həm də məktəb rəhbərliyinin qarşısında öhdəliklər dayanır. Yaranmış vəziyyətlə bağlı Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, əgər hər hansı şagird xəstədirsə, onun müalicəsi ev şəraitində aparılmalıdır:

“Kəskin respirator xəstəliklərin çoxaldığı vaxtda bu, başadüşüləndir və üzrlü səbəbdir. Əsas məsələ şagirdlərin sağlamlığıdır. Əgər hər hansı şagird qripə və ya yoluxucu xəstəliyə tutulubsa, onun evdə qalması və müalicəsini davam etdirməsi vacibdir. Xəstə şagirdin məktəbə getməsinə ehtiyac yoxdur.

Bu məsələdə valideynlərə tövsiyəmiz də budur ki, övladlarını qızdırmalı və ya xəstə halda məktəblərə göndərməsinlər. Əgər şagird xəstə halda məktəbə gəlirsə, təhsil ocağının rəhbərliyi bununla bağlı qərar qəbul etməlidir. Bununla əlaqədar məktəblərdə qaydalar və müvafiq qərarlar da mövcuddur”.

baku.ws

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN