ABŞ Maliyyə Nazirliyinin məlumatına görə,

ABŞ prezidenti Co Bayden bundan sonra koronavirus əleyhinə peyvənd olunan amerikalılara 100 dollar ödəmək barədə təklif verib.

Məlumatda qeyd edilib ki, prezident ştatların və ərazilərin hakimiyyət orqanlarını, həmçinin yerli hökumətləri vaksinasiya səviyyəsini yüksəltmək, ictimaiyyəti və insanların həyatını qorumaq üçün əlavə bir təşviq olaraq, hər yeni peyvənd edilmiş amerikalı üçün 100 dollar ödəməyə çağırıb.

“Maliyyə nazirliyi yerli hökumətlərə texniki yardım göstərməy hazırdır" , - deyə açıqlamada vurğulanıb.

Qeyd edək  ki, statistik məlumatlara görə, ABŞ -da indiyədək 163 588 042 nəfər tam  peyvənd olunub.

Bu isə ABŞ əhalisinin 49,11 % -i deməkdir.

Lakin dünya əhalisinin heç də hamısı peyvənd olunmağa həvəs göstərmir. Hətta  Afinada, Parisdə, Londonda, Tallində... , vaksinasiya əleyhinə aksiyalar keçirilib. Görünür Bayden də əhalini peyvəndləməyə cəlb etməni daha da sürətləndirmək üçün bu cür mükafatlandırma üsulundan istifadə etmək qərarına gəlib. Təklifin nə qədər cəlbedici olduğunu isə amerikalılar daha yaxşı bilər...    Qeyd edək ki, indiyədək ABŞ əhalisinin  35 526 125 nəfəri  - 10,7%-i yeni növ koronavirusa yoluxub . Bu isə heç də kiçik rəqəm deyil.

Dünyada isə bu qorxulu virusa yoluxma sayı günbəgün artır.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN