Sosial Xidmətlər Agentliyi tərəfindən daha 71 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvan Muxtar Respublikasındakı sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb. Sağlamlıq imkanları məhdud uşaqlar valideynlərindən birinin müşayiəti ilə göndəriliblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən əldə etdiyimiz məlumata görə, xəstəliklərinə uyğun olaraq agentlik tərəfindən verilmiş göndərişlər əsasında yola salınanların bir hissəsi “Duzdağ” Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanasında, digər hissəsi Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində bərpa-müalicəsi prosedurlarına cəlb olunacaq.

Qeyd edək ki, agentlik tərəfindən bu ilin ötən dövründə ümumilikdə 500-dən çox imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.

ELBAR

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN