“The Lancet” tibb jurnalının elmi araşdırmalarına görə, alkaqollu içki istifadəsi 2020-ci ildə 700 mindən çox şəxsdə xərçəng xəstəliyi yaradıb.

  “The Lancet” tibb jurnalında çıxan elmi araşdırmada alkaqollu içki istifadəsinin ötən il  700 mindən çox adamı yemək borusu, yoğun bağırsaq, qaraciyər və məmə xərçənginə apardığı bildirilib. Məqalədə, hətta az miqdarda spirtin belə xərçəng riski yaratdığı vurğulanıb.

  Alkaqoldan qaynaqlı xərçəngə mübtəla olanların çoxunun Şərqi Asiya, Orta və Şərqi Avropa ölkələrində, ən azı isə Şimali Afrika və Qərbi Asiyada sakinləri olduğu bildirilib

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı da pandemiya dövründə alkaqoldan həddən artıq istifadə olunduğu barədə həyəcan təbili çalıb.

Təşkilat alkoqol istifadəsi ilə bağlı OECD də daxil, Avropa Birliyi və G20 ölkələrindən ibarət toplam 52 ölkəni əhatə edən araşdırma  aparıb. Qeyd edilib ki, qarşıdakı 30 il içində təxminən 1 milyon 100 min insan normadan artıq alkoqol qəbul etməsi ucbatından ölə bilər.

Araşdırmada qadınların gündə 12 qramdan, kişilərinsə 18 qramdan çox istifadə etdiyi saf alkoqol miqdarının normadan artıq sayıldığı bildirilib.  Və qeyd edilib ki, həmin göstəricilər, müvafiq olaraq, 20 və 40 qrama çatdıqda belə şəxslər "içki düşkünü" kateqoriyasına aid edilir.

Seçim etmək imkanı isə insanın öz öhdəsinə düşür : Ya alkaqolu – tez ölümü seç, ya da həyatı – yaşamağı!

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN