Çimərlik ərazilərindəki dəniz suyunun keyfiyyətinin yoxlanılması məqsədilə

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən növbəti monitorinqlər keçirilib.   Aparılan birgə monitorinq və analizlərin nəticələrinə görə, Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilindədir.  “Şıx, Türkan, Hövsan, Pirşağı, Corat çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri isə bakterioloji cəhətdən çirkli müəyyən edilib”.

Qeyd edək ki, hər il  dəniz suyunun keyfiyyətinin yoxlanılması məqsədilə Xəzərdə monitorinqlər keçirilir. Adları “Çirkli çimərlik” siyahısında yer alanlar isə demək olar ki, eynidir. Məsələn, Xəzər rayonunun Türkan, Suraxanı rayonu Hövsan, Səbail rayonu Şıx çimərlikləri bu siyahının “bəzəyidir”. Və bu çimərliklərə üz tutanların isə nə zaman bakterioloji, fiziki-kimyəvi göstəriciləri sanitar-gigiyenik normalara uyğun olan dənizdən istifadə edəcəkləri hələ ki, sual altındadır... 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN