Son günlərdə ölkədə insanlar rasında koronavirus pandemiyasına yoluxma sayında yenidən kəskin şəkildə artması pandemiya əleyhinə tədbirlərin gücləndirilməsinə səbəb olub. Bununla əlaqədar vətəndaşlarımızın sağlamlığının qorunması və xəstəliyin yayılmasının qarşısının alınması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda dezinfeksiya həftəliyi elan edilib və bütün rayonlarda pandemiya əleyhinə profilaktiki tədbirlər həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən əldə etdiyimiz məlumata görə, ötən gün qurumun təşkilatçılığı ilə paytaxtın bütün rayonlarında genişmiqyaslı əlavə gücləndirilmiş dezindeksiya illəri aparılıb və gün ərzində 550 küçə və prospekt dezinfeksiya edilib.

Bu gün səhər saatlarından paytaxtın Yasamal rayonunda da ümumşəhər dezinfeksiya həftəliyi çərçivəsində güniş profilaktiki tədbirlər həyata keçirilib. Əvvəlcədən təsdiq edilmiş qrafikə uyğun olaraq kommunal xidmətlərin əməkdaşları tərəfindən yaşayış binalarında, o cümlədən lift kabinalarında, həyət və yaşayış məhəllələrində, avtobus dayanacaqlarında, park və abad həyətlərdəki idman və əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında gündəlik tibbi profilaktik və dezinfeksiyaedici tədbirləri aparılır.

Qeyd edək ki, eyni zamanda həm də əhali arasında maarifləndirmə işləri aparılaraq yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə sakinlərə ilk növbədə virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN