...Bu gün tibb sahəsindən yazan alimlərimiz, yazarlarımız çoxdur. Amma onların hamısının oxunaqlı, həkimlərə, xəstələrə fayda verdiyini demək olmaz. Lakin elə kitablar da var ki, onlar bu gün təkcə həkimlərçün, xəstələrçün yox, ümumiyyətlə, bütün oxucular üçün çox faydalıdır. Belə kitablar da lazım olan kimi təbliğ olunmalıdır ki, hamı onlardan faydalana bilsin. Belə kitablardan biri də tibb elmləri doktoru, öz peşəsinin yaxşı mütəxəssisi olan həkim Fikriyyə İbrahimlinin yenicə çapdan çıxmış “Xroniki qeyri-infeksion xəstəliklərin müalicəsinə naturopatik yanaşma” kitabıdır. Bu kitab inanıram ki, təkcə dərslik vəsaiti yox, həm də bütün həkimlərin stolüstü kitabı olmaqla, xəstələrin də maraqla oxuyacaqları kitab olacaq. Çünki müəllif Fikriyyə İbrahimli bu kitabda XXI əsr tibb elminin maraqlı cəhətlərini oxunaqlı dildə oxuculara təqdim edir. Bu kitab elə hər bir xəstənin öz həkimi olmasına da çox köməklik edəcək. İlk öncə mən çoxminli oxucularımızı Fikriyyə həkimlə daha yaxından tanış etmək istəyirəm.

Qısa arayış: Fikriyyə  İbrahim qızı İbrahimli, 15 iyun 1955-ci ildə Naxçıvan şəhərində kimyaçı ailəsində anadan olub. 1972-ci ildə Bakı şəhərindəki  56 nömrəli tam orta məktəbi bitirib. Elə həmin il N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi fakültəsinə daxil olub və 1978-ci ildə həmin ali məktəbi bitirib. 1978 -1979-cu illərdə Bakı şəhər 1 saylı klinik xəstəxanasında çalşıb və  həkim-terapevt ixtisası alıb. 1979-1981-ci illərdə təyinatla Naxcıvan Muxtar Respublikasının Naxçıvan şəhərində yerləşən Psixonevroloji Dispanserində həkim-ordinator kimi şalışıb. 1982-ci illdən isə bu günə qədər Azərbaycan Tibb Universitetində işləyir. O, Azərbaycan Tibb Univarsitetinin nəzdindəki Elmi Tədqiqat Mərkəzində elmi işçi (1982-86) sonralar, yəni 1987-ci ildən “Patoloji proseslərin modelləşdirilməsi və onların eksperimental terapiyası” şöbəsinin müdiri vəzifəsində bu günə qədər işləməklə, çox uğurlu işlərə imza atır.

 1996-2014-cü illərdə isə eyni zamanda Tibb Universitetinin kliniki farmakologiya kafedrasının professoru kimi çalışmışdır. Əsas elmi tədqiqatları limfologiya sahəsinə-müxtəlif patoloji proseslər zamanı limfa sistemində baş verən pozulmalar və onların aradan qaldırılması, terapiyası yollarının öyrənilməsinə həsr olunub.

Fikriyyə həkim 2010-ci ildən eyni zamanda bioloji təbabət səhasində də böyük əzmkarlıqla çalışır. Bioloji təbabət üzrə ekspertdir, beynalxalq dərəcəli lektordur. Azərbajcanda “Bioloji təbabət və antihomotokik terapiya” Cəmiyyətinin prezidenti, “Bioloji Təbabət” jurnalının yadacısı və baş redaktorudur. 2 monoqrafiyanın, 4 tədris vəsaitinin, 140-dan artıq elmi məqalənin, 7 müəlliflik şəhadətnaməsinin müəllifi olmaqla və 2 bioterapevtik məlumat kitabının da elmi redaktorudur.

Fikriyyə İbrahimli AzərbaycanTibb Universitetinin İxtisaslaşdırılmış Müdafiə Şurasının qərarı ilə 1986-cı ildə tibb elmləri namizədi elmi dərəcəsi və Rusiya Tibb Elmləri Akademiyasının Ümumi Patologiya və Patofiziologiya İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasının qərarı ilə 1993-cü ildə Moskva şəhərində tibb-elmləri doktoru elmi dərəcəsini alıb. Azərbaycan Akupunktura Assosiasiyası, həkim-refleksoterapevt ixtisası sertifikatını, Azərbaycan Xarici Dillər Universitetinin iki illik ingilis dili kursları dipolmunu, İngilisdili-British Council, Türkdili kursları -Türkiyə Türkçesi Eqitim Öqretim Merkezi  Türkiyə Cumhuriyetinin (Bakü Büyük elçiliği Eqitim Müşavirliği) kurslarını və Odlar Yurdu Universitetində Alman dili kursunu da bitirməklə Fikriyyə həkim Azərbaycanı dünya səviyyəli bir çox tibbi konfranslarda lazım olan səviyyədə təbliğ edir. Orada maraqlı çıxışları ilə yadda qalır.

Biz, Fikriyyə həkimlə həmsöhbət olduq və bugünkü Azərbaycan tibb sahəsi və bioloji təbabətlə bağlı maraqlı fikir mübadiləsi apardıq. Çapdan çıxan yeni kitabı haqqında Fikriyyə həkim belə dedi:

- Mənim yazdığım və resenziya olunan dərslik  xroniki qeyri-infeksion xəstəliklərin yalnız nozoloji yanaşma çərçivəsində deyil, həm də sistemli pozulmalar, məsələn, selikli qişalar sistemi və bağırsaq mikrobiomu baxımından nəzərdən keçirildiyi aktual və müstəqil bir işdir. Çünki urbanizasiya, xroniki patologiyanın durmadan artması, standart terapiyadan gözlənilən nəticənin olmaması xəstəyə bütöv, xolistik bir yanaşmanı zəruri edir. Bununla əlaqəli olaraq, elmi, fəlsəfəni və bir sıra ənənəvi müalicə metodlarının geniş spektrini özündə birləşdirən, vahid terapevtik sistem olan naturopatiya çoxlu aparıcı xarici ölklərdə olduğu kimi Azərbaycanda da getdikcə daha çox tələb olunur.

Bilirsiniz ki, təlimat, problemi anlamaq və xroniki qeyri-infeksion xəstəliklərin inkişafındakı müxtəlif əlaqələri korreksiya  etmək üçün bu gün tibb aləminə doğrudan da müasir yanaşma formasını təqdim edir. Profilaktika və müalicənin bir çox aspektlərinin (pəhriz, biotənzimləyici və mikrobioloji terapiya) praktiki istiqamətlənməsi də diqqətəlayiqdir.

***

Tibb elmləri doktoru, professor Fikriyyə İbrahimli doğrudan da düz deyir. Müəllifin yazdığı təlimat, göstərilən mövzuya tam uyğundur. Material dəqiq qurulmuş, mövcud məlumatları və təqdim olunan müalicə metodlarına dair mövcud ədəbiyyatın tam analizini əks etdirir. Biotənzimləyici və mikrobioloji terapiyanın mahiyyəti, inkişaf tarixi və naturopatik vasitələrin unikal kimyəvi strukturu və farmakoloji xüsusiyyətləri nəzərə alınmaqla istifadəsinin əsasları barədə kitabda lazım olan bütün məlumatlar verilir. Müxtəlif yaşlı pasiyentlərin sağlamlaşması, müalicəsi, reabilitasiyası və patoloji vəziyyətlərin profilaktikasında naturopatiya metodlarının istifadəsinin üstünlükləri kitabda geniş qeyd olunur. Müəllif istənilən mütəxəssisin praktikasında xəstənin sağlamlıq vəziyyətinin korreksiyasında əsas və ya əlavə, yaxud müşayiət olunan metod kimi biotənzimləyici terapiyanın tətbiq imkanlarını məntiqi formada kitabda çox geniş formada göstərir. İstifadəyə dair göstərişlər verilməklə biotənzimləyici və mikrobioloji vasitələrin siyahısı, həmçinin, xəstəliklərdən asılı olaraq terapevtik alqoritmlər kitabda ardıcıllıqla təqdim olunur.

Bütün yuxarıda dediklərimizdən belə nəticəyə gələ bilərik ki, tibb elmləri doktoru, professor Fikriyyə İbrahim qızı İbrahimlinin “Xroniki qeyri-infeksion xəstəliklərin müalicəsinə naturopatik yanaşmalar” dərsliyi müxtəlif ixtisaslı həkimlər, eləcə də tibb universitetlərinin rezidentləri, aspirantları, yuxarı kurs tələbələri və xəstələr üçün çox qiymətli materialdır. Kitab maraqla oxunacaq və hamı bu kitabdan yararlana, bəhrələnə biləcək. Kitabın təqdimatı vaxtı mütəxəssislər bütün bunları lazım olan kimi vurğuladılar.

Sonda onu demək istəyirik ki, 2009-cu ildən dəyərli ziyalı, yüksək vətənpərvər insan Elxan Yaqubov tərəfindən Zaqafqaziyada ilk dəfə Bakı şəhərində  yaradılan Bioloji Təbabət Klinikası bütün bu illərdə çoxlu tibbi dərs vəsaitlərinin, jurnallarının, mətbuatda gedən yüzlərlə yazıların çap olunmasında və televiziya ekranlarında həkimlər tərəfindən deyilən təbliğat xarakterli böyük işlər görür. Bütün bunlar da xalqımızın tibbi maarifləndirmə yolundan çox böyük və təqdirəlayiq işlərdir. Yəqin elə ona görədir ki, bü gün Bioloji Təbabət Klinikasının Göyçayda, Sumqayıtda və Masallıda olan filiallarına da xəstələr ümid qapısı kimi baxıb, ora daha çox müraciət edirlər. Bax, budur müasir tibbə yanaşma və xəstələrin sağalmasına kömək etmək. Çünki burada çalışan həkimlər, başda təsisçi Elxan Yaqubov olmaqla, ilk öncə yüksək səviyyəli vətandaşdırlar və onlar xalqın sağlam olması üçün əllərindən gələni edirlər. Onların bir amalı var. Azərbaycanlılar sağlam olmalı və əvvəlki kimi uzunömürlülər diyarı olduğunu yenidən bərpa edib, dünyaya sübut etməlidir!

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN