Bu gün Aşuradır... Ölkənin bir sıra bölgələrində, o cümlədən Mərkəzi Qan Bankında "Aşura" günü ilə əlaqədar qanvermə aksiyası keçirilir. 

 Mərkəzi Qan Bankının müdiri Qumral Ələkbərova bildirib ki, ölkədə irsi qan xəstəliyindən əziyyət çəkən çox sayda insan var: "Qan daimi ehtiyacdır və alınan qandan 42 gün ərzində istifadə edilməlidir. Qan preparatlarını başqa heç bir maddədən almaq mümkün olmadığından könüllü donorlara həmişə ehtiyac var. Hər donorun qanından üç nəfər üçün qan komponenti hazırlanır və bu, üç xəstənin həyatını xilas etmək deməkdir. Hazırda karantin rejimi qaydaları çərçivəsində aksiyamızı davam etdiririk".

Qeyd edək ki, aksiya gün ərzində davam edəcək. 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN