Azərbaycan Respublikasında  COVID-19 virusuna yoluxma statistikası açıqlanıb.

Koronavirus.info-nun bu günə olan məlumatına görə, Azərbaycanda ən yüksək yoluxma Bakı şəhərinin payına düşür. Paytaxtda yoluxma göstəricisi 54.8 faiz, Abşeronda 13.0 faiz, Aranda 11.7 faiz , Gəncə-Qazaxda 6.9 faiz, Şəki-Zaqatalada 3.9 faiz, Quba-Xaçmazda 3.1 faiz, Lənkəranda 2.5 faiz, Dağlıq Şirvanda 2.3 faiz, Yuxarı Qarabağda 1.3 faiz təşkil edir.

Naxçıvanda yoluxma 0.08 faiz, ölkə xarici yoluxma isə 0.5 faizdir. Xatırladaq ki, Azərbaycanda koronavirusa yoluxanları 53%-i qadınlardır.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən az yoluxma sayı Naxçıvan MR-dadır. Yarım milyonadək əhalisi olan bu bölgəmizdə koronavirusun yayılmağa başladığı ilk zamanda da, ən şiddətli dönəmlərdə də çox az sayda yoluxma faktı qeydə alınıb. Bir çox hallarda isə, ümumiyyətlə qeydə alınmayıb.  

Dünyada koronavirusun uzaq durduğu ölkələr də var. Əlbəttə, onlar əhalisi o qədər də çox olmayan ölkələr sırasındadırlar. Elə ölkələr var ki, iniyədək cəmi 1 və 4 nəfər arası yoluxma faktı qeydə alınıb. Məsələn, 130 min əhalisi olan Mikroneziyada (Mikroneziya Federativ Ştatları) indiyədək cəmi 1 nəfər yoluxub və həmin şəxs də sağalıb. 700 min əhalisi olan Solomon Adalarında isə statistikaya görə, cəmi 20 yoluxma halı qeydə alınıb. Xəstəliyə yoluxanların hamısı da sağalıb.  

Ümid edək ki, Azərbaycanda da koronavirusa yoluxma sayı tezliklə sıfırlanacaq. 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN