Avropa İttifaqı (Aİ) 3 ölkənin Covid-19 peyvənd pasportlarının tanınması barədə qərar verib.

Aİ Komissiyası Türkiyə, Şimali Makedoniya və Ukraynanın tətbiq etdiyi “Covid-19” peyvənd sertifikatlarına "bərabərlik" verilməsi qərarı alındığını  açıqlayıb. Verilmiş qərar avqustun 20-dən - bu gündən qüvvəyə minir. İkinci doza peyvəndi tamamlamış şəxslər Covid-19 Peyvənd Kartını e-Nabız üzərindən və ya HES (Hayat Eve Sığar) tətbiqi ilə təmin edə bilir.

  Xatırlad ki,  Aİ-nin epidemiya zamanı səyahətləri asanlaşdırmaq üçün hazırladığı peyvənd sertifikatı tətbiqi 1 iyuldan qüvvəyə minib. Sertifikatla ABŞ təsdiqli “Covid-19” peyvəndlərindən “BioNTech-Pfizer”, “Moderna”, “AstraZeneca” və “Johnson and Johnson” vurulmuş olan və son dozanın üzərindən 2 həftə keçmiş adamlardan səyahətlərdə əlavə test istənilmir və ya məhdudlaşdırmalar tətbiq olunmur.  Səyahətlərdə nəzarət edilən peyvənd sertifikatı bütün Aİ ölkələriylə yanaşı, İslandiya, Lixtenşteyn, Norveç və İsveçrədə etibarlıdır.

Qeyd edək ki, xaricdə yaşayıb vaksinasiya olunan şəxslərin COVID 19 pasportu Azərbaycanda da  keçərlidir.

 Bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.Onun sözlərinə görə, bununla bağlı Səhiyyə Nazirliyinin 9301 nömrəli qaynar xətti var: ”Əgər kimsə xaricdə vaksinasiya olunubsa və onun sertifikatı varsa, həmin nömrəyə zəng etməlidir, məlumat verməlidir. Səhiyyə nazirliyi təqdim olunmuş sənədlərə baxacaq, əgər uyğundursa, saxta deyilsə, bu sənəd sistemə daxil ediləcək”, - deyə Prezidentin köməkçisi bildirib.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN