Rusiyada mikoplazma pnevmaniyasının (sətəlcəminin) yenicə görünməyə başlamasına baxmayaraq, Dağıstanda xəstəliyin təcrid olunmuş halları artıq qeyd olunub.

Bu barədə “Rospotrebnadzor”un  (İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti) region üzrə departamentinin mətbuat xidməti məlumat yayıb.

"Dağıstanda təcrid olunmuş mikoplazmaya yoluxma halları var. Xəstələr arasında ağırlaşma halları yoxdur"-məlumatda deyilir.

Lakin qurum xəstələrin dəqiq sayını açıqlamayıb.

Rusiya KİV-nini məlumatına görə yeni xəstəliyin fərdi halları artıq Rusiyanın müəyyən bölgələrində qeydə alınmaqdadır, lakin Rusiyanın səhiyyə naziri Mixail Muraşko əmin edib ki, bu infeksiya tamamilə təhlükəsizdir, idarə olunandır.

Həmçinin nazir vurğulayıb ki, ölkədə onu müalicə etmək üçün kifayət qədər dərman var.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN