Qazaxıstanlılara koronavirus infeksiyası və qızılcadan qorunmaq üçün yenidən maska ​​taxmaq tövsiyə olunur.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

 Məlumata görə, regional səhiyyə idarələrinin, eləcə də Almatı, Astana, Çimkənd və ərazi idarələrinin rəhbərlərinə tibb müəssisələrində işçilər və ziyarətçilərin antiseptik vasitələrin olmasını və tibbi maskalardan istifadəsini təmin etmək tapşırılıb.

 Bundan başqa, insanların sıx toplaşdığı yerlərdə (hava limanları, dəmiryol vağzalları, avtovağzallar, marketlər, ticarət və əyləncə mərkəzləri, teatrlar, kinoteatrlar, əhaliyə xidmət mərkəzləri, banklar və s.), həmçinin bütün nəqliyyat növlərində (ictimai, hava, dəmir yolu) tibbi və ya parça maskalardan istifadənin tövsiyə edilməsi tapşırılıb..

 Diqqətə çatdıraq ki, yanvar ayında da Azərbaycanda 21 nəfər koronavirusa yoluxub.

Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, 31 dekabr 2023-cü il tarixindən 31 yanvar 2024-cü il tarixədək 325 yeni yoluxma faktı aşkar edilib, 217 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib.

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN