ŞQFU və Türkiyənin Qaziantep Universitetinin alimləri insanların ömrünü əhəmiyyətli dərəcədə uzada biləcək yeni bioaktiv qida əlavələri  (BAƏ) hazırlamağı planlaşdırırlar – bu, “aktiv uzunömürlülük” məhsullarının bütün xətti olacaq.

TEZADLAR.AZ xəbər verir ki, Rusiya və Türkiyənin iki ən böyük universitetinin - Stavropol Şimali Qafqaz Federal Universiteti və Qaziantep Universitetinin alimləri qarşılarına iddialı vəzifə qoyublar: qocalıqda aktiv həyat tərzi keçirməyə və uzunömürlülüyü təmin etməyə imkan verəcək qida məhsullarının bütöv bir xəttini yaratmaq.

“ŞQFU alimləri Türkiyə, Özbəkistan və İrandan olan tədqiqatçılarla birlikdə sağlam qidalanma və aktiv uzunömürlülük üçün sağlamlığı qoruyan bioloji aktiv əlavələrin (BAƏ) və xüsusi qida məhsullarının istehsalı texnologiyalarını inkişaf etdirirlər”, - deyə Şimali Qafqaz Federal Universitetinin (ŞQFU) mətbuat xidmətindən bildirilib.

Xüsusilə bu məqsədlə təhsil müəssisəsinin bazasında fermerlər tərəfindən istehsal olunan yerli xammal əsasında istehlak regionu üçün qıt olan mikroelementlərlə zəngin məhsulların yaradılmasını nəzərdə tutan “Aktiv uzunömürlü qida məhsulları” beynəlxalq tədqiqat mərkəzi yaradılmışdır.

Artıq hər iki regionun resurs xəritəsi və əhalinin mikroelement statusu üzərində iş aparılır.

Möcüzə məhsullarının ilk laboratoriya nümunələri bu il, 2024-cü ildə peyda olacaq - onlar öncə sənaye sınaqlarından keçəcəklər və yalnız bu halda  xaricdən  idxal olunan anoloji qida əlavələrini əvəz edəcəklər. Alimlərin məhsulları ilk növbədə Rusiya, Türkiyə, Özbəkistan və İranın daxili bazarlarına çıxarılacaq, lakin onların xarici bazarlarda da satılacağı istisna edilmir.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN