“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Quba, İmişli, Şəki, Zaqatala, Qəbələ, İsmayıllı, Tovuz, Göygöl, Gədəbəy, Lerik, Masallı, Şabran, Sabirabad və Ağdam rayonlarının meşə ərazilərində iməciliklər keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli icra hakimiyyət orqanlarının, bələdiyyə nümayəndələrinin və rayon sakinlərinin iştirakı ilə keçirilən iməciliklər zamanı 2.5 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, təmizlik aksiyalarının keçirilməsində məqsəd ətraf mühitin qorunması, ictimaiyyətin bu məsələyə diqqətinin artırılması, tullantıların düzgün idarə olunmasına dair məlumatlandırmanın təmin edilməsidir.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN