Ermənistanda koronavirusa yoluxma hallarının sayı 225 553-ə çatıb.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.
Qeyd edilir ki, ötən gün daha 89 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Pandemiya ərzində ölkədə 4 526 nəfər COVID-19-un qurbanı olub. Bununla yanaşı, virusa yoluxmuş 217 131 nəfər sağalıb. Hazırda 2 796 nəfərin müalicəsi davam edir.