Donald Tramp və onun vitse-prezidentliyə namizədi J.D.Vens seçkilərdə qalib gəlsələr, dolları zəiflətmək niyyətindədirlər.
Tezadlar.az xəbər verir ki, bunu “New York Times” deyir.
Nəşr yazır ki, “Tramp öz siyasətini “güclü” olmağa üstünlük verir, amma söhbət dollara gəldikdə, o, çoxdan fərqli mövqe tutub”.
Fakt budur ki, “NYT”-nin məlumatına görə, Tramp hesab edir ki, “güclü” dollar Amerika istehsalçılarının xaricdə öz məhsullarını “zəif valyutalardan istifadə edən” alıcılara satmasına mane olur.
Amma hər halda, nəşr yazır, hələ tam aydın deyil ki, Tramp dolların zəifləməsini konkret olaraq necə həyata keçirmək niyyətindədir: dolları satıb xarici valyuta almaq, yoxsa pul kütləsini çap etməyə davam etmək?
“RİA Novosti”nin təhlilinə görə, dünya ölkələrinin demək olar ki, yarısı (40 faizdən çoxu) artıq dolları boykot elan edib və bu il daha altı dövlət de-dollarizasiya etməyə çalışır. Dollar hələ də əsas ehtiyat valyutası olaraq qalır.
E.ŞİRİNOV