İranın mərhum prezidenti İbrahim Rəisinin dul arvadı Cəmilə Alamolhoda Rusiyanın RT telekanalına müsahibə verib.

Alamolhoda bildirib ki, bu, ərinin ölümündən sonra müsahibə verməyə razılaşdığı ilk media orqanıdır.

"Bu qərarın səbəbləri arasında Cəmilə Alamolhoda RT-nin dürüstlüyünü göstərdi", - məlumatda deyilir.

Onun sözlərinə görə, Qərb mediası İranın dəhşətli və qorxulu görüntüsünü yaradıb.

O qeyd edib ki, Qərb məqsədyönlü şəkildə İran gənclərini və qadınlarını bu ölkənin hakimiyyətinə qarşı qızışdırır.

Qeyd edək ki, İran prezidentinin helikopteri mayın 19-da qəzaya uğrayıb. Avqustun 21-də “Fars” agentliyi İranın xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən xəbər verib ki, İran Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı araşdırmanı başa çatdırıb və hadisə qəza kimi tanınıb. KİV-in məlumatına görə, qəzaya uğrayan helikopterdə sərnişinlərin sayı normadan artıq olub: təyyarədə təhlükəsizlik protokollarında nəzərdə tutulandan iki nəfər çox olub. Jurnalistlər onu da yazıblar ki, pilot dumanı görüb və helikopteri lazımi hündürlüyə çatdırmağa çalışıb, lakin təyyarənin bunun üçün kifayət qədər gücü olmayıb və məhdud görünmə şəraitində dağla toqquşma baş verib.

Eyni zamanda, İran Silahlı Qüvvələrinin Baş Qərargahı İranın “Fars” agentliyinin helikopterin qəzaya uğramasının səbəbləri ilə bağlı nəşrini təkzib edib.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN