Ya ermənilərin başına Ali Baş Komandan Prezident cənab İlham Əliyevin dəmir yumruğu yenidən dəyəcək, ya da Azərbaycan PUA-ları onlara bir toy tutacaq ki, «dayıları» Rusiya və böyük bacıları Fransa da 44 günlük savaşda gördüyümüz kimi, köməklərinə çata bilməyəcəklər
Artıq bir neçə gündür Xankəndi istiqamətindən Şuşa şəhəri atəşə məruz qalır. Ermənilərin Şuşanı atəşə tutmağının səbəbi nədir? Doğrudanmı Şuşanı atəşə tutan ermənilərdir? Onların arxasında «atəş» əmrini verən ruslar deyilmi? Məlum olduğu kimi, Rusiyanın rusməramlı işğalçı ordusu (BMT-dən mandat almayan heç bir silahlı qüvvə sülhməramlı adlandırıla bilməz. E.M.) 2020-ci ilin noyabrın 10-da gecəykən imzalanmış üçtərəfli atəşkəs müqaviləsinin mürəkkəbi qurumamış, səhər tezdən «sülhməramlı» adyıla Qarabağa yerləşdi. 1960 nəfər kontingent nəzərdə tutulsa da, bu gün rus əsgərlərinin sayı 5 mini keçib.
Ermənilər və onların havadarları olan Rusiya və Fransa Qarabağın işğaldan azad olunmasını heç cürə həzm edə bilmirlər. Qarabağın azad olunmasında Azərbaycana siyasi və mənəvi dəstək verən qardaş Türkiyə, Pakistan, o cümlədən İsrail dövlətləri təbii ki, böyük rol oynadılar. Xüsusilə Şuşanın azad olunması ermənidən çox Rusiyanı yandırıb-yaxdı. Prezident cənab İlham Əliyevin Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi, bu gözəl məkanda bir-birinin ardınca böyük tədbirlər keçirməsi, səfirlərin, xarici jurnalistlərin Şuşaya səfər etməsi və erməni vandallığını öz gözləri ilə görməsi ermənilər qədər Rusiyada da qısqanclıq yaradırdı. Rusların səbrinin daşırmasına səbəb isə, qardaş Türkiyənin Prezidenti sayın Rəcəb Tayyib Ərdoğanın Şuşaya gəlməsi və burada hərbi müttəfiqliq haqqında ikitərəfli Şuşa bəyannaməsini imzalanması oldu. Artıq Şuşa tədricən nəinki Azərbaycanın və Türkiyənin mədəniyyət paytaxtına, hətta Avropanın az qala tanınmış şəhərlərindən birinə çevrilmək üzrədir.
Əlbəttə, rusları Qarabağın, xüsusilə Şuşanın Azərbaycanın ərazisi kimi Beynəlxalq aləmdə tanınması narahat etməyə bilməzdi. Bu isə gələcəkdə Azərbaycana və Ermənistana təzyiq rıçarqlarının əldən getməsi deməkdir. Belə olan surətdə rusların hələ də unuda bilmədiyi və ATƏT-in Minsk qrupunun körüklədiyi, Prezident cənab İlham Əliyev demiş gorbagor olmuş status məsələsinin bir daha dirçəlməsini mümkünsüz edirdi. Məhz bu amilə görə rusların qızışdırdığı ermənilər cəsarət edib Şuşanı ara-sıra atəşə tuturlar ki, beynəlxalq nümayəndələr qorxub Şuşaya gəlməsinlər.
Bu addıma rəvac verənlər unudurlar ki, bununla onlar Azərbaycanın öz ərazisində anti-terror əmliyyatı keçirilməsini daha da sürətləndirirlər. Rusiyanın sülhməramlı adıyla Qarabağa yeyrləşdirlimiş ermənipərəst ordusunun başlıca məqsədi erməni silahlı qüvvələrini Qarabağdan çıxarmaqdır. Amma əksinə olaraq, Laçın dəhlizinə nəzarət edən rus ordusu oradan hər növ silahların və silahlıların keçirilməsini asanlıqla təmin ediblər. Ermənilər 44 günlük savaşdan elə bir zərbə alıblar ki, onlar bir də heç vaxt təkbaşına bizim tərəfə güllə ata bilməzdilər. «Arxalı köpək qurd basar» prinsipi ilə, ermənilər məhz rusların təhriki sayəsində həm Şuşanı, həm də Ermənistanla sərhəddə yerləşən digər bölgələrimizi mütəmadi atəşə məruz qoyurlar. Bizim el dilində daha bir atalar məsəli var: «Keçinin əcəli yetişəndə buyunuzunu çobanın çomağına sürtər». Deyəsən, artıq Qarabağdakı ermənilərin də əcəli yetişib. Ya ermənilərin başına Ali Baş Komandan Prezident cənab İlham Əliyevin dəmir yumruğu yenidən dəyəcək, ya da Azərbaycan PUA-ları onlara bir toy tutacaq ki, «dayıları» Rusiya və böyük bacıları Fransa da köməklərinə çata bilməyəcək. Necə ki, 44 günlük savaşda bunu real şəkildə gördük. Əgər qısa müddətə ermənilər ağıllarını başlarna yığmasa, millət və dövlət kimi məhvə məhkumdurlar.
Elçin