Mahatma Qandi: «Yer üzünün sərvəti, Yer üzünün əhalisinin tələbatını ödəməyə yetər, nəfsinin yox»

Azərbaycana yeni virus dalğası gəlir. Artıq rəsmi məlumata görə 31 nəfərdə «Delta ştammı» aşkarlanıb. Bu virus, isə əvvəlki COVİD-19 virusundan deyilənə görə, daha təhlükəlidir.

Deməli, belə çıxır ki, ömrümüzü virusla mübarizəyə həsr etməliyik. Yəni, yaşamaq uğrunda ölüm-dirim savaşına çıxırıq. Beynəlxalq güclərin laboratoriyada süni şəkildə hazırlayıb buraxdıqları bu virus yer üzünün əhalisinin azalmasına hesablanıb. Bu virusu icad edənlər onun dərmanını da qabaqcadan hazırlayıblar. ABŞ milyarderi Corc Soros COVİD-19 virusu təzə yayılanda nahaq yerə demirdi ki, bu xəstəliyin müalicəsi 2023-cü ildə tapılacaq. Deməli, 2023-cü ilə qədər Yer üzünün əhalisinin müəyyən hissəsi məhv olmalı imiş.

Ancaq bu virusa qarşı vaksinlərin tapılması beynəlxalq mafiyanın planını müəyyən qədər pozdu. Ona görə də necə deyərlər «B» planını işə salaraq, «Delta ştammı»nı dövriyəyə buraxıblar. Allah bilir, növbədə daha hansı viruslar var. Bu təzə virusun dağıdıcı gücü, deyilənə görə, əvvəlkindən daha təsirlidir. Görəsən, beynəlxalq mafiyanın bu xəstəliyi yaymaqda məqsədi nədir? Artıq qeyd etdiyimiz kimi məqsədinin biri Yer üzünün əhalisinin sayını azaltmaqdırsa, digər tərəfdən, necə deyərlər özgənin bədbəxtliyi üzərində xoşbəxtlik, yəni milyardlar qazanmaqdır. Virusa qarşı vaksinlərdən ayrı-ayrı dövlətlərin milyardlar qazanması dediklərimizə sübutdur. Ancaq bu insanlar öz nəfslərini boğa bilsələr, Yer üzünün əhalisinin qırılmasna da ehtiyac qalmazdı. Bu mafiya hesab edir ki, Yer üzünün sərvəti daha Yer üzünün əhalisinin tələbatını ödəyə bilmir və ona görə də əhalinin müəyyən hissəsi qırılmalıdır. Bu yerdə Hindistanın keçmiş baş naziri Mahatma Qandinin dediyi məşhur kəlam yada düşür: «Yer üzünün sərvəti, Yer üzünün əhalisinin tələbatını ödəməyə yetər, nəfsinin yox». Bəli, məhz beynəlxalq mafiyanın nəfsinin ucbatından növbənöv virusları Avropaya və dünyaya yayırlar. Ara yerdə isə sadə və kasıb insanlar bu viruslardan əziyyət çəkir və ya dünyasını dəyişirlər. COVİD-19 virusuna vaksinlərlə birtəhər, necə deyərlər «yol» tapmışdıq. Yoluxma və ölüm sayları da azalmışdı. Amma indi də görək bu «Delta ştammı» nə qədər can alacaq? Bircə onu düşünürəm ki, vay kasıb-kusubun halına! Necə deyərlər çalışın ölməyin…

ELÇİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN