Xəbər verilir ki, müğənni Aygün Kazımova pal-paltara, əl çantasına babat pul buraxıb. “Topik”in (göbəyi çöldə qoyan qısa maykalıq) qiyməti 656, tayt (lasin) isə 1345 manatdı. Çantasının qiyməti isə 3351 manat təşkil edir. Ümumilikdə isə Aygün xanımın geyimlərinin bir qisminə 5352 manat xərcləyib.
P.S. Xanımda pula bax e, mən ölüm. Amma belə götürəndə məlum olur ki, Aygün Kazımovada da nəhayət, qiymətli nəsə tapıldı. Onsuz da özünün və sənətinin heç bir qiyməti qalmamışdı. Amma sən demə, Aygün xanımda qiymətli hələ nəsə varmış...
***
Aktirisa saylan 53 yaşlı Məleykə Əsədova “7 canlı” verilişində onun xarici görkəmini müzakirə edənlərə belə cavab verib: “Xahiş edirəm, xarici görkəmimi müzakirə etməyin. İstedadımdan, sənətimdən yazın”.
P.S. Ay Məleykə xanım, Allah səni saxlasın, xalqın gözü tərəzidir axı. İstedad, sənət gərək olsun ki, yazsınlar dəə. Camaat da nəyi görür, onu yazır axı...
***
Müğənnilər Röya Ayxanın və Zamiq Hüseynovun oxuduğu “Neylərsən” mahnısını tənqid edənlərə prodüsser Tolik belə cavab verib: “Onlar heç kim olmayanlardır. Nə qədər adını çəkib, özlərini səninlə bir görmək istəyəcəklər, elə toyxanada “çuşka” qalacaqlar”.
P.S. Tolik bəy, “çuşka” sözü rus dilində “çuj” sözündəndir və mənası “özgə”, “yad” deməkdir. Bu baxımdan şou-biznes əhlinin hamısını “optovoy” sənətdən uzaq olduğu üçün “çuşka” adlandırmaq olar. Yəni Əlisi dəli, Vəlisi dəli, qırılmışın hamısı dəli.
***
Xəbər verilir ki, müğənni Aygün Kazımova pal-paltara, əl çantasına babat pul buraxıb. “Topik”in (göbəyi çöldə qoyan qısa maykalıq) qiyməti 656, tayt (lasin) isə 1345 manatdı. Çantasının qiyməti isə 3351 manat təşkil edir. Ümumilikdə isə Aygün xanımın geyimlərinin bir qisminə 5352 manat xərcləyib.
P.S. Xanımda pula bax e, mən ölüm. Amma belə götürəndə məlum olur ki, Aygün Kazımovada da nəhayət, qiymətli nəsə tapıldı. Onsuz da özünün və sənətinin heç bir qiyməti qalmamışdı. Amma sən demə, Aygün xanımda qiymətli hələ nəsə varmış...
***
Bu ilki Evrovision təmsilçimiz, sənətindən çox norveçli müğənni ilə yaşadığı eşq məcarası ilə gündəmə gələn Samirə Əfəndi konsert ərəfəsində olan geyim problemindən danışarkən bir sayta belə deyib: “Klip zamanı karset məni çox incitmişdi. İzlər bədənimdə qalmışdı. Amma səhnədə daha rahat və yaxşı hərəkət edəcəyim bir geyim idi”.
P.S. Əlbəttə, sənəti ilə iz qoya bilməyənin, bədənində hansısa izlər ola bilər. Mən burada sevişdiyi Norveç müğənnisi, o uzundraz gədədən şübhələnirəm. Karset-zad boş söhbətdir. Məgər konsert zamanı görmədik ki, Samirənin əynində az qala paltar yox idi? Olmayan paltar adamın bədənində necə izlər qoya bilər? “Tem bole” Samirə xanım özü də deyir ki, “səhnədə daha rahat və yaxşı hərəkət edəcəyim bir geyim idi”. Ay Samirə, o norveçli gədənin bədənində qoyduğu izləri itirmək üçün bilmirsən daha nə bəhanə uydurasan? Day bizə yox dəə...
***
Xəbər verilir ki, Azərbaycanda fəaliyyət göstərən 20 bankdan 4-ü Bank-Avrasiya, Access Bank, Yap Kredi Bank Azərbaycan və Pakistan Milli Bankın Bakı Filalı 6 aylıq dövrü xalis zərərlə başa vurub. Bu barədə məlumat verən qəzetlərin biri yazıya belə bir başlıq qoyub: “Xalis zərərlə işləyən 4 bankın Azərbaycana nə faydası var?”
P.S. Məntiqsiz sualdır. Əvvəlla, dünyanın heç bir ölkəsində olmayan 2 rəqəmli faizlərlə millətin anasını ağlar, dizini də yerə qoyan banklar zərərlə işləsə yaxsıdır. Odey, götürək, zərərlə işləyən SOCAR-ı. Məsələn, Azərbaycandakı xarici neft şirkətləri qazanclarının 70 faizini Azərbaycan dövlətinə verir. Qalan 30 faizlə dövlətin vergisini də verir, neft də istehsal edir, yeni quyular qazır, platformalar qurur, işçilərinə də babat əmək haqqı verirlər. Özləri də bütün bunlarla bərabər milyonlarla dollar xalis gəlir götürürlər. SOCAR-da isə bütün bu xərcləri dövlət ödəyir. Amma şirkət yüz milyonlarla manat borcun içindədir və deməli, xalis zərərlə işləyir. İndi nə edək, durub SOCAR-ı bağlayaq və ya qovaq getsin? Ona görə də bankların zərərlə işləməsi normal haldı. Amma bu, o demək deyil ki, bank sahiblərinin cibləri də zərərlə işləyir.
***
Qəzetlərdən məlum olur ki, Azərbaycanın hər yerində kifayət qədər yetişməsinə baxmayaraq, alma, ərik, gilas, şaftalı xaricdən gətirilir və haqlı olaraq, sual edilir: Axı niyə?
P.S. Ona görə ki, bəzi işbazlar üçün xaricilərinki daha dadlı və keyfiyyətlidir.
***
Mətbuatdan məlum olur ki, Zərdab rayonunda vaksin vurdurmadığına görə bəylə gəlini öz toylarına buraxmayıblar. Yazıqlar gedib poliklinikada vaksin vurdurandan sonra toya buraxılıb.
P.S. Çox biabırçı bir mənzərədir. Bəylə gəlini toy günü vaksin vurdurmağa məcbur etmək, vicdansızlıq deyilmi? Bəs mentalitet, adət-ənənənə harada qaldı? Bu vaksini bir gün sonra da vurdurmaq olardı axı. Bəlkə vaksin vurduran bəylə gəlindən birinin buna orqanizmi dözmədi və hətta Allah eləməmiş, ölüm hadisəsi də baş verə bilərdi. Camaatın toyuna vay salanlar barədə ciddi tədbir görüləcəkdimi? Əlbəttə yox! Deyəcəkdilər ki, onlar qanunun tələblərinə əməl ediblər. Bəs onda bizim yazılmamış və yazılı qanunlardan çox üstün olan qanunlarımız necə olsun? İki gəncin sevincini kədərə döndərib, qanlarını qaraldanların cəzasını tez, ya gec Allah verəcək. Bu biabırçılığa imza atanlara ar olsun!
***
Məlumatlara görə, iyulun 14-15-də II və III ixtisası qrupları üzrə keçirilən qəbul imtahanlarında 700 bal toplayan olmayıb.
P.S. Bəs siz nə bilirdiniz? Elə bilirdiniz məktəbləri bağlayıb, şagirdləri oynamağa göndərəndə təhsili, elmi inkişaf etdirəcəksiniz? Axı onlayn dərs keçmək oynamaq kimi bir şeydir. Niyə özümüzü aldadırıq? Ciddi virus yoxlaması aparıb, şagirdləri dərsə buraxmaq əvəzinə, məktəbləri birdəfəlik bağlamaq biabırçılıqdır. İndi buyurun, nəticəsi də göz qabağındadır. Maraqlıdır, Naxçıvanda karantin rejimi başlayandan bir gün də olsun məktəblər bağlanmayıb. Bununla belə, heç virusa yoluxma barədə məlumat da yoxdur. Bu, nə deməkdir? Bütün respublika üçün təhsilli, savadlı şagirdləri, gələcəyin bütün vəzifə sahiblərini Naxçıvan istehsal etməlidir? Yoxsa, quru yolumuz olmadığı üçün, bu virus andıra qalmış Naxçıvana getməyə marşurut tapmır? Ona görə də bu gedişlə nəinki 700 bal toplayan olmayacaq, hətta vurma cədvəlini belə bilən tapılmayacaq.
***
Millət vəkili Fazil Mustafa dəniz sahilinin qanunsuz hasarlanması və insanların çimərliklərə gedən yollarının bağlanmasına görə baş prokuror Kamran Əliyevə rəsmi müraciət edib.
P.S. Xəzər dənizinin ayrı-ayrı iş adamları və vəzifəli məmurlar tərəfindən hasarlanması barədə hər çimərlik mövsümü gələn kimi hay-küy salınır, yazılır, deyilir, amma... Amma... Amma hər il olduğu kimi bu il də dəyirman öz işini görür, çax-çax baş ağradır.
***
Şairliklə şou-biznesi səhv salan, düz-əməlli bir şeiri gözə dəyməyən Nazilə Səfərli şou-biznesə öz hesabına gəldiyini bildirərək, bir sayta belə deyib: “Kimsənin çantasını daşıyan olmamışam”.
P.S. Nazilə xanım, vallah bir kimsənin çantasını daşıyan olsaydın, indikindən daha hörmətli olardın. Şeiri və şairliyi gözdən salan şou-əhlinin biri də az olardı. Sənin bacardığın iş elə çanta daşımaqdır. Bu xalqa da daha yazığın gəlsin və get bacardığın işdən yapış. Şairlik vallah sənlik deyil.
ELÇİN
elcinmemmedliThis email address is being protected from spambots. You need JavaScript enabled to view it.