Orta Asiya respublikaları, Özbəkistan, Türkmənistan, Tacikistan, Qazaxıstan və Qırğızıstanın Türkmənitan da sammitə yığışıb vahid kommunikasiyadan istifadə haqqında eyni mövqedən çıxış etməsi Turan dövlətinin yaranmasının çox uzaqda olmadığını göstərir

Avqustun 5-də tezadlar.az saytında “Hər bir türk bilməlidir türk olduğunu” başlıqlı yazım dərc olunmuşdu.

Yazıda qardaş Türkiyədə baş vermiş yanğınlara Orta Asiyanın Türk Respublikalarının biganəliyi, laqeydliyi, bir türk tayfaları olaraq türkçülüyə meyil etməmələri tənqid olunmuşdu. Onu da qeyd etmişdim ki, Orta Asiya respublikaları, Özbəkistan, Türkmənistan, Tacikistan, Qazaxıstan və Qırğızıstan hələ də Rusiyanın təsirindən çıxa bilmirlər. Ona görə də bu respublikalar Türkiyə prezidenti hörmətli R.T.Ərdoğanın vahid Turan dövləti haqqında ideyasına bir az soyuq yanaşırlar. Yazının axırında da tanınmış Azərbaycan şairi Rəfiq Zəka Xəndanın hələ sovet dövründə yazdığı şeirindən bir misranı sitat gətirmişdim:

Hər bir türk bilməlidir türk olduğunu,

Bilməsə, bilməyəcək böyük olduğunu.

Bu səbəbdən Orta Asiya respubllikalarını öz türklüyünü, yəni kim olduqlarını unutmamağa çağırmışdım. Yazı eyni zamanda Türkiyənin məşhur TRTajans informasiya agentliyinin saytında dərc edilmişdir.

Deməzdim ki, yazıma Orta Asiya respublikaları dərhal reaksiya verərək birləşmələrə meyilləniblər. Sadəcə, avqustun 10-da adını saydığımız beş Orta Asiya respublika rəhbərlərinin Türkmənistanın kurort şəhəri olan Azavada bir araya gəlməsi və bu görüşün mənim yazımdan bir müddət sonraya təsadüf etməsi olduqca maraqlı hadisədir. Nəhayət, türkdilli Orta Asiya respublikaları da vahid mövqedən çıxış etmək qərarına gəliblər. Olduqca vacib amildir və Rusiyanın təsir dairəsindən çıxmaq üçün ilk addımdır.

Rusiya isə bu respublikalarının bir araya gəlməsinin səbəbkarı kimi Özbəkistan və Qazaxıstanı görür ki, bu da şimal qonşumuzu bərk qıcıqlandırıb. İnanırıq ki, elə qıcıqlanmadan o tərəfə keçə bilməyəcəklər və nostalji hisslərə qapılmağın da mənası yoxdur. Çünki, artıq bu respublikalar sovet dövründə olduğu kimi, Rusiyanın tabeliyində deyillər və bu səbəbdən də Özbəkistanda Fərqanə və Qazaxıstanda Almatı qırğınlarını təkrar edə bilməyəcək. Ona görə də Rusiya bu türkdilli respublikalarının bir araya gəlməsindən bərk narahatlıq hissi keçirir.

O da maraqlıdır ki, region üçün mühim əhəmiyyət daşıyan regional marşurtların hamısı Əfqanıstan üzrərindən keçməlidir. Rusiya ekspertləri hesab edirlər ki, Transəfqan dəmir yolu xəttinin çəkilməsi region ölkələrindən daha çox ABŞ-ın maraqlarına cavab verir. Elə Rusiyanı qıcıqlandıran da indiyə qədər özünün təsir dairəsində olan ərazilərə ABŞ-ın ayaq açmasıdır. Necə deyərlər, buz tərpənib. Türkdilli dövlətlərin inteqrasiya prosesi çox sürətlə gedəcək və Türkiyə prezidenti R.T.Ərdoğanın vahid Turan dövləti ideyası artıq xəyal yox, reallığa çevrilməktədir. Orta Asiya respublikaları Rusiyanın təsirindən nə qədər tez qurtarsalar, bir o qədər də tez inkişaf edərlər. Bu yolda bilirik ki, qardaş Türkiyə respublikasının prezident R.T.Ərdoğanın çiyninə çox ağır bir yük düşür. İnanırıq ki yer üzündə türk dilli respublikalar və millətlər R.T.Ərdoğana bu müqəddəs işdə yardımçı olacaqlar.

Elçin Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN