Xəbər verildiyi kimi, Ukraynanın daxili işlər naziri Arsen Avakov istefa ərizəsi yazıb.
Bildirilib ki, Ukrayna parlamenti iyulun 15-də keçiriləcək iclasda daxili işlər nazirinin istefa ərizəsinə baxacaq.
Ukrayna Daxili İşlər Nazirliyi faktı təsdiqləyib.
Qeyd edək ki, erməni əsilli Arsen Avakov 2014-cü ildən Ukraynanın daxili işlər naziridir.
Ukraynanın Daxili İşlər naziri Arsen Borisoviç Avakovun Bakı ermənisi olması çoxları üçün maraqlı ola bilər. Bu baxımdan, onun kimliyi ilə çoxları maraqlanır.
Beləliklə, Arsen Borisoviç Avakov 1964-cü il yanvarın 2-də Bakının Binəqədi rayonunda (keçmiş Kirov rayonunun Kirov qəsəbəsində) hərbçi ailəsində anadan olub. 1966-cı ildən Ukraynada yaşayır. O, 1988-ci ildə Xarkov Politexnik İnstitutunu bitirib. Xarkovda bacarıqlı iş adamı kimi tanınıb. Ticarət, inşaat, ərzaq məhsulları istehlakçısı kimi məşhurdur.
1992-ci ildə onun rəhbərliyi ilə "Bazis" bankı yaradılıb. 2002-ci ildə Xarkov şəhər Şurasının üzvü seçilib, 2004-cü ildə isə Viktor Yuşşenkonun Xarkov bölgəsi üzrə regional qərargahının rəhbərinin müavini olub. A.Avakov 2004-cü il seçkilərində V.Yuşşenkonun qızğın tərəfdarı olub. 2010-cu il prezident seçkilərinin ikinci turunda Yuliya Timoşenkonu müdafiə edib.
2008-ci ildə "Fokus" jurnalının sorğusunda 130 ən varlı ukraynalı siyahısında 67-ci yeri tutub. "Fokus"un yazdığına görə, A.Avakov 385 milyon dollarlıq sərvətə malikdir.
Bakı ermənisi sabiq prezident Viktor Yuşşenkonun kadrı hesab olunur və onun yaxın qohumları ilə biznes əlaqələrinə malikdir. Buna baxmayaraq, A.Avakov sabiq baş nazir Yuliya Timoşenkoya rəğbətini daha çox dilə gətirir.
2005-2010-cu illərdə isə Xarkov əyalətinin rəhbəri olan A.Avakovun müavini V.Yuşşenkonun yaxın qohumu Yaroslav Yuşşenko olub.
O, 2010-cu ildə işdən çıxarılıb, 2012-ci ildə haqqında cinayət işi qaldırılıb və barəsində beynəlxalq axtarış elan edilib. Xaricə qaçan Bakı ermənisi 2014-cü ilə qədər İtaliyada yaşayıb.
Arsen Avakovun adı daima qalmaqallarda keçib. Sosial şəbəkələrdə onun homoseksual olması barədə geniş müzakirələr aparılıb. Bakı ermənisinin tanınmış siyasətçi Aleksandr Kirşla homoseksual əlaqələri olması barədə fikirlər dolaşır. Hətta homoseksual tanışlıq saytları vasitəsilə onunla tanış olanların mövcudluğu barədə çoxsaylı mülahizələr mövcuddur.
Digər tərəfdən, Ukrayna mətbuatında A.Avakovun biseksual olması barədə məlumatlar da yer alıb.
Arsen Avakov özü isə deyilənləri siyasi düşmənlərinin "qara piarı" adlandırır. Lakin sosial şəbəkələrdə A.Avakovun homoseksual olduğunu sübuta yetirən pornogörüntülərin mövcudluğu barədə də diskussiyalar gedir. Rəqibləri Bakı ermənisini hədələməkdə davam edirlər. Bu baxımdan, onun homoseksual videolarının yayılması barədə deyilənlər yaxınlarda öz təsdiqini tapa bilər...
Qeyd edək ki,vaxtilə ermənlər onu üzdəniraq "Dağlıq Qarabağ Respublikasının" "qəhrəmanı" hesab edib, fəxri vətəndaşı seçib: erməni separatçılarına küllü miqdarda maddi yardım etdiyinə görə.Azərbaycanlıların qatı düşmənidir. Nazir postunda olanda bir çox azərbaycanlının ölümündə onun əli olduğu barədə məlumatlar yayımlanıb.
Şakir QURBANOV