Orta məktəb  məzunlarından bir qrupunun 48 ildən sonra reallaşan görüş-tədbiri

   Deyirlər ki, hər vüsalın sonu ayrılıqdır, amma hər ayrılığın sonu vüsal deyil. Çox şükür ki, 1976-cı ildə Mərzili kənd orta məktəbinin məzunlarından bir qrupunun “Son zəng” ayrılığından 48 il sonra görüşləri, bir araya gəlmələri mümkün oldu. Görüş-tədbir may ayının 25-də Ağdamın Quzanlı qəsəbəsinə yaxın, “Ay-Ulduz” ailəvi istirahət mərkəzində gerçəkləşdi. Hərə respublikanın və müxtəlif xarici ölkələrin müxtəlif ünvanlarından-1993-cü ildə Qarabağın düşmən qüvvələri tərəfindən işğala məruz qalması ilə əlaqədar olaraq müvəqqəti məskunlaşmaq məcburiyyətində qaldıqları Bakıdan, Mingəçevirdən, Ağcabədidən, Bərdədən, Qaxdan, Rusiyanın müxtəlif şəhərlərindən gəlmişdilər. Təbii ki, belə görüş