ZƏRDÜŞTÜN NİTQLƏRİ

 Üç çevrilmə haqqında 

         Mən sizə ruhun dəvəyə, dəvənin şirə və nəhayət şirin uşağa üç çevrilməsindən danışacam.

         Dərin ehtirama qadir,güclü,dözümlü ruh üçün çox çətin şeylər mövcuddur.Onun gücü ağır və çətin şeylərə can atır.

         Ağırlıq nədir? – deyə dözümlü ruh soruşur. O, dəvə kimi diz çökür və yaxşı yüklənmək istəyir.

         Çətin olan nədir? - deyə dözümlü ruh soruşur. Ey qəhrəmanlar, deyin ki, mən bunu öz üzərimə götürürəm və var gücümlə sevinirəm.

        Bu, təkəbbürünüzü əziyyət çəkməyə məcbur etmək, özünüzü alçaltmaq, müdrikliyinizə lağ etmək üçün ağılsızlığınıza rişxənd etmək deyimi?

         Yoxsa bu, öz qələbəsini qeyd edən işimizdən uzaqlaşmaq, aldananı sınamaq üçün yüksək dağlara dırmaşmaq deyilmi?

         Yoxsa bu, idrakın palıd qozası və otla qidalanması və həqiqət naminə ruhun aclığına dözmək deyilmi?

         Yoxsa bu,xəstələnib təsəlli verənləri yola salmaq və nə istədiyinizi heç zaman eşitməyən karlarla dostluq etməkdir?

         Yoxsa bu, çirkli  həqiqət suyuna  girmək, soyuq və isti qurbağaları özündən qovmamaqdır?

         Yoxsa bu, bizə nifrət edənləri sevmək və bizi qorxutmağa hazırlaşan kabusa əl uzatmaq deməkdir?

         Dözümlü ruh bütün ağır işləri səhraya tələsən yüklü dəvə kimi öz üzərinə götürür.

         Ancaq kimsəsiz bir səhrada ikinci bir çevrilmə baş verir. Burada ruh şir olur, o özünə azadlıq əldə etmək və öz səhrasında ağa olmaq istəyir.

         O, burada son ağasını axtarır, ona və son tanrısına düşmən olmaq, qələbə naminə əjdaha ilə döyüşmək istəyir.

         Ruhun artıq ağa və tanrı adlandırmaq istəmədiyi bu  əjdaha kimdir? “Sən etməlisən” böyük əjdaha adlanır. Ancaq şirin ruhu “mən istəyirəm” deyir.

         Qızılı qığılcımlar saçan pullu heyvan onun yolunda yatır və onun hər pulunda qızıl kimi “etməlisən” əmri parıldayır!”.

         Bu pullarda min illərin dəyərləri parlayır və bütün əjdahaların ən güclüsü deyir: “Hər şeyin dəyərləri mənim üzərimdə parlayır”.

        “Bütün dəyərlər artıq yaradılmışdır və yaradılan hər bir dəyər mənəm. Həqiqətən,“mən istəyirəm” artıq mövcud olmamalıdır!” Əjdaha belə deyir.

         Təmkinli və üzüyola bir yük heyvan nəyi qane etmir? Qardaşlarım, insan ruhunda şir nəyə lazımdır?

         Yeni dəyərlər yaratmaq - Şir hələ bunu edə bilməz. Ancaq yeni bir yaradılış üçün özünə azadlıq yaratmağa şirin gücü çata bilər.

        Qardaşlarım, özünüzə azadlıq və müqəddəslik qazanmaq üçün şir olmaq lazımdır.

        Yeni dəyərlər hüququ qazanmaq, möhkəm və həssas bir ruh üçün ən dəhşətli fəthdir. Doğrudan da, bu,yırtıcı bir heyvanın qarəti və işi kimi görünür.

         O, bir vaxtlar “sən etməlisən” i öz ziyarətgahı kimi sevirdi. İndi o, öz sevgisindən azadlıq əldə etmək üçün bu ziyarətgahda özbaşınalığı və arzunu görməlidir. Bu qənimət üçün şir olmalısan.

         Qardaşlarım, deyin görək, şirin edə bilmədiyini uşaq necə edə bilər? Yırtıcı aslan niyə uşaq olmalıdır?

         Uşaq məsumluq və unutqanlıq, yeni bir başlanğıc, oyun, öz-özünə yuvarlanan təkər, ilkin hərəkət, müqəddəs təsdiq sözüdür.

         Bəli, yaradılış oyunu üçün qardaşlarım, müqəddəs təsdiq sözü lazımdır.İndi ruh öz iradəsini istəyir, itirilmiş dünya öz dünyasını tapır.

         Mən sizə ruhun necə dəvəyə, dəvənin şirə və nəhayət, şirin uşağa çevrildiyi üç çevrilməən danışdım.

         Zərdüşt belə dedi. Həmin vaxt o,  “Əlvan inək” adlı şəhərdə qalırdı.

 Fəzilət kafedraları haqqında

           Zərdüştə yuxu və fəzilət haqqında gözəl danışmağı bilən bir müdriki təriflədilər. Buna görə ona böyük hörmət bəsləyir və mükafatlandırırdılar. Gənclər onun kafedrasının qarşısında əyləşirdilər. Zərdüşt də gənclərlə birlikdə kafedranın qarşısında əyləşdi və müdriki dinləməyə başladı. Müdrik belə dedi:

        Yaxudan əvvəl şərəf və utanc! Bu birincidir ! Gecə yaxşı yatmayan və oyaq olanlarla görüşməkdən çəkinin!

        Yuxuda oğru da utancaq olur. O, gecə yavaş-yavaş, gizlincə yaxınlaşır. Ancaq gecə gözətçisində utancaqlıq yoxdur. O utanmadan şeypurunu çalır.

         Necə yatmağı bilmək mənasız məsələ deyil.Yaxşı yatmaq üçün bütün gün oyaq qalmaq lazımdır.

         Gün ərzində on dəfə özünüzə qalib gəlməlisiniz.Bu sizə yaxşı yorğunluq gətirəcək və ruhunuza tiryək kimi təsir edəcək.

         Gündə on dəfə özünlə barışmalısan. Çünki dəf etmə inciklikdir. Özü ilə barışmayan pis yatır.

         Gün ərzində on həqiqəti tapmalısan: əks halda gecə də həqiqətləri axtaracaqsan və ruhun ac qalacaq.

         Gün ərzində on dəfə gülməli, şən olmalısan: yoxsa bu dərd atası gecələr mədəni narahat edəcək.

         Bunu az adam bilir; ancaq yaxşı yatmaq üçün bütün fəzilətlərə sahib olmaq lazımdır. Mən yalan şahidlik etmədimmi? Mən ər-arvad sədaqətini pozmadımmı?

         Mənə yaxın olanın kənizini arzulamağı özümə rəva bildimmi ? Bütün bunlar yaxşı yuxuya mane olardı.

         Və bütün fəzilətlərin mövcudluğuna baxmayaraq, yenə də bir şeyi başa düşmək lazımdır: bütün fəzilətləri vaxtında yatmağa göndərə bilmək.

         Qoy bu gözəl qadınlar öz aralarında mübahisə etməsinlər. Qoy bu mübahisə səndən yan keçsin, bədbəxt!

         Allah və qonşu ilə sülh içində yaşa. Bunu yaxşı bir yuxu tələb edir. Qonşunun şeytanı ilə də sülh içində yaşa! Əks təqdirdə, gecə o, səni ziyarət edəcək.

         Rəhbərinizə hörmət et və ona itaət et, hətta axsaq rəhbərə də! Yaxşı yuxu bunu tələb edir. Əgər hakimiyyət topal ayaqları ilə gəzməyi sevirsə, bu mənim günahımdır?

         Məncə, qoyunlarını zəngin çəmənliklərdə otaran ən yaxşı çobandır: yaxşı yuxu bunu tələb edir.

         Mən nə böyük şərəf, nə də böyük xəzinə istəyirəm: ikisi də dalağı qıcıqlandırır. Ancaq yaxşı ad və kiçik xəzinə olmadan pis yatılır.

         Kiçik bir cəmiyyət mənim üçün pis cəmiyyətdən üstündür. Amma o, vaxtında gəlib, vaxtında getməlidir. Yaxşı yuxu bunu tələb edir.

         Mən ruhən yoxsul olanları xoşlayıram.Onlar yuxunu təşviq edir. Onlara lazımi qiymət veriləndə özlərini çox xoşbəxt hiss edirlər.

        Fəzilətli insanın günü belə keçir. Ancaq gecə düşəndə, əlbəttə ki, yuxuya getməyə ehtiyat edirəm! O, bütün fəzilətlərin ağası yuxuya getmək istəmir!

         Amma gün ərzində etdiklərimi və düşündüklərimi düşünür, səbirlə özümdən soruşuram: bugünkü on qələbəm nədən ibarət olub?

        Bəs ürəyimin sevindiyi on barışıq, on həqiqət və on gülüş necə  idi?

         Qırx cür düşüncəni götür-qoy və müzakirə edəndə  çağırılmamış, bütün fəzilətlərin ağası yuxu mənə hücum edir.

         Gözlərimə yuxu gəlir, onlar ağırlaşır. Yuxu dodaqlarıma toxunur və ağzım açıq qalır.

         Həqiqətən, o, oğruların ən yaxşısı, sakit addımlarla yanıma gəlir və düşüncələrimi oğurlayır və mən bu minbər kimi axmaqcasına dayanıram.

         Ancaq uzun müddət belə dayanmıram: sonra artıq uzanıram.

         Müdrikin bu sözlərini dinləyən Zərdüşt ürəyində güldü və belə dedi:

         Bu müdrik qırx cür düşüncəsi ilə mənə axmaq bir adam kimi görünür, amma inanıram ki, onun yatmağı yaxşıdır.

         Bu müdrikin yanında yaşayan nə bəxtiyardır! Belə bir yuxu yoluxucudur.Hətta qalın bir divar arxasında da  yoluxucudur.

         Cadugərlik düz onun kafedrasında yaşayır. Və gənclər fəzilət təbliğçisinin qarşısında əbəs yerə oturmurdular.

         Onun müdrikliyi deyir: həddindən artıq gümrah olun ki, yuxunuz sakit olsun. Həqiqətən, əgər həyat mənasız olsaydı və mən bu mənasızlığı seçməli olsaydım, bu mənasızlıq ən yaxşı seçimim olardı.

         Bir vaxtlar fəzilət müəllimlərini axtarmazdan əvvəl nə axtarırdıqarını indi aydın başa düşürəm. Onlar özlərinə fəzilət tacı ilə örtülmüş  yaxşı bir yuxu axtarırdılar!

         Kafedranın bütün bu məşhur müdrikləri üçün hikmət yuxusuz bir yuxu idi. Onlar həyatın yaxşı mənasını bilmirdilər.

         İndi də bu fəzilət təbliğatçısına bənzəyən və heç də vicdanlı olmayan insanlara rast gəlmək olur. Amma artıq onların vaxtı keçib. Və onlar yatdıqları kimi daha çox dayana bilməyəcəklər.

        Yuxulu olanlar nə bəxtiyardırlar. Çox keçməz mürgüləşərlər.

        Zərdüşt belə dedi.

(Ardı var)

Tərcümə etdi: Şakir QURBANOV

  

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN