İffət haqqında

           Meşəni sevirəm. Şəhərlərdə yaşamaq çətindir: orada şəhvətpərəstlər həddindən artıq çoxdur.

         Bir qatilin əlinə düşmək, şəhvətpərəst qadının yuxusuna girməkdən daha yaxşı deyilmi?

         Və bu kişilərə baxın: gözlərindən bilmək olur ki,dünyada qadınla yatmaqdan daha yaxşı bir şey bilmirlər.

         Onların ruhları çirkab içindədir. Vay halına ki, bu çirkabın hələ ruhu da ola!

         Ah! Əgər siz heç olmasa heyvanlar kimi mükəmməl olsaydınız! Ancaq məsumluq heyvanlara aiddir.

           Məgər mən sizə öz hisslərinizi öldürməyi məsləhət görürəm? Mən sizə hisslərinizin məsumluğunu məsləhət görürəm.

         Məgər mən sizə iffəti məsləhət görürəm? Bəziləri üçün iffət bir fəzilət, amma çoxları üçün qüsurdur.

         Ola bilsin ki, onlar zinadan çəkinirlər. Lakin etdikləri hər şeydə qancıq hissiyyatı duyulur.

         Hətta fəzilətlərinin zirvəsinə və sərt ruhuna qədər bu heyvan və onun qarışıqlığı onları izləyir.

         Və şəhvət qancığı, bədəninin bir parçası rədd edildikdə, ruhunun bir parçası üçün yalvaracağını necə də ağıllı bilir!

         Siz faciəni və ürəyi parçalayan hər şeyi sevirsiniz? Amma mən sizin qancığınıza şübhə ilə yanaşıram.

         Sizin çox qəddar gözləriniz var və siz əzab çəkənlərə şəhvətlə baxırsınız. Məgər öz simasını dəyişən və indi mərhəmət adlanan sizin şəhvətiniz olmadımı?

         Mən sizə bir əlaməti deyim: şeytanlarını qovmaq istəyənlərin çoxu özləri donuzların içinə girdilər.

         Kim iffəti ağrılı görsə, ona yeraltı dünyaya, yəni ruhun çirkab və şəhvətinə aparan yol olmamasını tövsiyyə edin.

         Məgər mən çirkli şeylərdən danışıram? Məncə, bu, daha da pis deyil.

         Dərk edən qərq olmağı həqiqət suyu murdar yox, dayaz olanda sevməz.

         Doğrudan da elələri var ki, ruhlarının dərinliklərinə qədər iffətlidirlər: onların qəlbləri daha həlimdir, səndən daha həvəslə və daha çox gülürlər.

         Onlar da iffətə gülərək soruşurlar: “İffət nədir?

         İffət dəlilik deyilmi? Amma bu dəlilik bizə gəldi, biz ona yox.

         Bu qonağa sığınacaq və ürək təklif etdik.İndi o, bizimlə yaşayır. Qoy istədiyi qədər qalsın!”

         Zərdüşt belə dedi.

 Dost haqqında

             “Həmişə tək qalmaq mənim üçün çox şeydir”- deyə zahid düşünür. “Həmişə bir və bir - bu, zamanla iki eləyir.”

         Məni həmişə söhbətdə həddindən artıq canfəşanlığa təhrik edirlər. Əgər dostum olmasaydı, buna necə dözə bilərəm?

         Zahid üçün dost həmişə üçüncü şəxs olur. Üçüncü şəxs iki nəfərin söhbətinin dibsiz dərinliklərə enməsinə mane olan tıxacdır.

         Ah, bütün zahidlər üçün çox dibsiz dərinliklər mövcuddur! Buna görə də onlar öz dostlarını və onun böyüklüyünü çox ehtirasla arzulayırlar.

         Başqalarına olan inanımız özümüzə həvəslə harada inana biləcəyimizi göstərir. Dost həsrətimiz bizim xainimizdir.

         Və çox vaxt sevginin köməyindən istifadə edərək paxıllığı dəf etmək istəyirlər. Onlar tez-tez hücum edir və sizə hücum edə biləcəklərini gizlətmək üçün özlərinə düşmən yaradırlar.

         “Heç olmasa düşmənim ol!” - dostluq istəməyə cəsarət etməyən əsl ehtiram belə deyir.

         Dostunun olmağını istəyirsənsə, onun uğrunda müharibə etməlisən.Müharibə etmək üçün isə düşmən olmağı bacarmalısan.

         Dostunla bərabər düşməninə də hörmət etməlisən. Məgər dostuna yaxınlaşıb onun tərəfinə keçməməyi bacararsanmı?

         Dostunuzda ən yaxşı düşməninizi görməlisiniz. Ona qarşı çıxanda qəlbən ona ən yaxın olmalısan.

        Dostunuzun qarşısında maskalanmaq istəmirsən? Dostunuza özünüzü necə varsa, elə təqdim etməyiniz dost üçün şərəf olacaq? Amma o, buna görə sənə lənət oxuyur!

         Özünü gizlətməyən kəs başqalarını hiddətləndirir. Çılpaqlıqdan qorxmaq üçün sizin çoxlu əsasınız var! Əgər siz tanrı olsaydınız, paltarlarınızdan utanardınız!

        Dostun üçün kifayət qədər yaxşı bəzənə bilməzsən.Çünki sən onun üçün ox və fövqəlinsan həsrəti olmalısan.

        Dostunun necə göründüyünü bilmək üçün onun yatdığını gördünmü? Dostunun sifəti necədir? O, kobud, mükəmməl olmayan güzgüdə sənin  öz sifətindir.

         Dostunu yatan gördünmü? Onun görkəmindən qorxdunmu? Ey dostum, insan  özündən yüksəyə qalxmalıdır.

         Dost təxmin etməkdə və susmaqda usta olmalıdır. Sən hər şeyə öz baxışınla qiymət verməməlisən. Sənin yuxun dostunun oyaq olanda nə etdiyini sənə bildirməlidir.

        Qoy sənin mərhəmətin bir təxmin olsun. Sən əvvəlcə dostunun mərhəmət istəyib-istəməməsini öyrənməlisən. Ola bilsin ki, o, səndəki sarsılmaz və əbədiyyət baxışını sevir.

        Dostunuza olan mərhəmətiniz gizli olmalıdır.O zaman onun öz incəliyi və şirinliyi olacaq.

        Dostun üçün təmiz hava, tənhalıq, çörək və dərmansanmı? Bir başqası öz zəncirindən qurtula bilmir, amma dostu üçün xilaskar olur.

         Sən köləsənmi? Onda dost ola bilməzsən. Sən zalımsanmı? Belə olan halda dostlarınız ola bilməz.

         Çox uzun müddətdir ki, qadın xarakterində bir kölə, bir  tiran xisləti gizlənir. Buna görə də, qadın hələ dostluğa qadir deyil: o, yalnız sevgini bilir.

         Qadının sevgisində sevmədiyi hər şeyə qarşı ədalətsizlik və korluq var. Ancaq qadın sevgisində həmişə bir gözlənilməzlik, ildırım və işığın yanında gecə də olur.

         Qadın hələ dostluğa qadir deyil. Qadınlar hələ də pişik və quşlardır. Və ya ən yaxşı halda inəklərdi.

         Qadın hələ dostluq etməyi bacarmır. Amma siz deyin, a kişilər, aranızdan kim dostluq etməyə qadirdir?

        Ey insanlar, sizin yoxsulluğunuzun və ruhunuzun xəsisliyi!

        Siz dosta nə qədər verirsinizsə, mən düşmənimə  o qədər verirəm və bundan kasıb düşmürəm.

        Yoldaşlıq varsa, qoy dostluq da olsun!

         Zərdüşt belə dedi.

(Ardı var)

Tərcümə etdi: Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN