ONLAR 48 İL SONRA YENİDƏN GÖRÜŞDÜLƏR...
Orta məktəb məzunlarından bir qrupunun 48 ildən sonra reallaşan görüş-tədbiri
Orta məktəb məzunlarından bir qrupunun 48 ildən sonra reallaşan görüş-tədbiri
"Artıq Ermənistan dövlətinin mövcudluğu sual altındadır"
Türkiyənin "TRT MÜZİK" kanalında Qəzzada həlak olan mülki insanların xatirəsinə həsr olunmuş xatirə konserti təşkil olunub...
ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib.
BAYRAĞIM
Ey şöhrətim , ey qürurum bayrağım.
Ey varlığım , ey hüququm bayrağım.
Ey üfüqüm , ey zühurum bayrağım.
Ey izahım , ey yorumum bayrağım.
Yaşıl rəngi, yaz nəfəsli torpağım.
Alqırmızı, ilk səhərim, dan çağım.
Üzərində ay ulduzum çırağım.
Mavi rəngin, təmiz səma, bayrağım
Mavi rəngin, türklüyümün mənası.
Alqırmızı, şəhidliyin mənası.
Ay ulduzun, çoxdan çoxdu mənası.
Yaşıl rəngin, müsəlmandı bayrağım
Alqırmızı, bir də belə çözülür.
Demokrat bir dövlətə yozulur.
Yozumlardan, biri də ki, ulduzdur.
Odlar yurdu Azərbaycan bayrağım.
Elin qədim, mənan dərin bayrağım.
Sən tarixin, tarix sənin bayrağım.
Səfər sənin, zəfər sənin bayrağım
Qurbanındı, Muxtar sənin bayrağım
Muxtar ƏZİMOV