Cənubi Koreyada müxalifəti prezidentə qarşı impiçment proseduruna start verdi.

 Beləki, ölkədəki müxalifət partiyaları bir gün əvvəl hərbi vəziyyət elan edən və sonra onu ləğv edən prezident Yun Sok Yola qarşı impiçment proseduruna başlayıb. Müdafiə naziri Kim Yon Hyun artıq istefa verib.

 ***

Yonhap və Reuters xəbər verir ki, Cənubi Koreyanın altı müxalifət partiyası prezident Yon Sok Yola ölkədə hərbi vəziyyət elan etdikdən sonra onun impiçmenti üçün Milli Assambleyaya (parlamentə) təklif təqdim edib.

 Müraciəti parlamentdə çoxluğa malik olan ana müxalifət demokratik partiyası “Toburo” və daha beş kiçik partiya təqdim edib. Sənədi 191 müxalifət deputatı imzalayıb, hakim “Xalq gücü” partiyasının nümayəndələri onu dəstəkləməyib. Müxalifət partiyaları təklifi dekabrın 5-də parlamentin plenar iclasına təqdim etməyi və qarşıdakı iki günün birində səsverməyə çıxarmağı planlaşdırır.

 Müxalifət, həmçinin ölkənin müdafiə naziri Kim Yon Hyunun impiçmentinə başlamaq niyyətində idi, lakin o, istefa verdi. O, ölkədə hərbi vəziyyətin tətbiqi ilə bağlı bütün hadisələrə görə məsuliyyət daşıdığını bəyan edib. Yonhap-ın məlumatına görə, prezidentə ölkədə hərbi vəziyyət elan etməyi təklif edən də məhz Kim Yon Hyun olub.

k

 Ölkə qanunlarına görə,  Prezidentin impiçmenti üçün parlament üzvlərinin 2/3-nin səsi tələb olunur. “Toburo” və demokratik alyansın parlamentdə 176 yeri var, ona görə də müxalifətə hakim partiya deputatlarının daha səkkiz səsi lazım olacaq.

 Parlament impiçmenti təsdiq edərsə, Konstitusiya Məhkəməsi qərar qəbul edənə qədər prezident vəzifəsindən kənarlaşdırılacaq. Bu altı aya qədər vaxt aparacaq. Dövlət başçısının vəzifələri isə baş nazirə verilir. Prezident impiçment yolu ilə vəzifəsindən kənarlaşdırılarsa və ya istefa verərsə, 60 gün ərzində yeni seçkilər keçirilməlidir.

 Xatırladaq ki, ötən gün - dekabrın 3-ü axşam prezident Yun Sok Yol ölkədə hərbi vəziyyət elan edib.

yun-sok-yol

Prezident bu qərarını konstitusiya quruluşunu “kommunist qüvvələrdən” müdafiə zərurəti ilə izah edib. Onun sözlərinə görə,  müxalifət ölkəni böhrana sürükləməyə cəhd  etdiyinə görə bu tədbirə əl atası olub.

 Parlament üzvləri prezidentin qərarına qarşı çıxıb, onun ləğvinə səs veriblər. Bundan sonra Yun Sok Yol bu tədbiri ləğv edəcəyinə söz verib.

 Seulda hərbi vəziyyət elan edildikdən sonra isə etirazçılar əsasən prezidentin istefası tələbi ilə parlamentin yaxınlığında toplaşmağa başlayıblar...

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN