Azərbaycanın elm insanlarının səsi bəzən xarici ölkələrdən gəlir, bu isə təəssüflər olsun, ölkəmizdən beyin axınının təzahürü kimi qiymətləndirilə bilər...

Sübutlar çoxdur. Bu dəfə biri üzərində dayanmalı olacağıq. Belə ki, Rusiya Xalq Təsərrüfatı Akademiyası və Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik və Cənubi Rusiya İdarəetmə İnstitutunun Hüquq Tədqiqatları Mərkəzinin filialı tərəfindən beynəlxalq tədqiqat layihəsi çərçivəsində, Rusiya Federasiyasının əməkdar hüquqşünası, professor D.Y. Şapsuqovun rəhbərliyi ilə  “Qafqaz xalqlarının dövlət və hüquq tarixi” (“История государства и права народов Кавказа”) adlı dərslik nəşr edilib. Yeni nəşr “Qafqaz xalqlarının hüquq və dövlət tarixi” («История государства и права народов Кавказа») dərsliyinin üçüncü hissəsidir. Osetiya və noqayların dövlət və hüquq tarixini təsvir edir. Dərsliyin “Noqayların ictimai-siyasi və sosial-normativ sistemi” («Публичная власть и соционормативная система ногайцев») bölməsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri, tarix elmləri doktoru Sevinc Əliyeva tərəfindən yazılıb.

 Dərslik “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan müəllimlər, tələbələr, aspirantlar, həmçinin Qafqaz və dünya xalqlarının dövlət-hüquqi inkişafını öyrənən tədqiqatçılar üçün nəzərdə tutulmuşdur. “Qafqaz xalqlarının hüquq və dövlət tarixi” («История государства и права народов Кавказа») dərsliyində Qafqaz xalqlarının ən qədim dövrlərdən bugünə qədərki dövlət-hüquqi inkişaf tarixi əksini tapıb və onların digər sivilizasiyalar, xalqlar və dövlətlərlə qarşılıqlı əlaqəsi təhlil edilib.

Tarix elmləri doktoru Sevinc Əliyeva - “Ногайские тюрки”; (Баку), “Азербайджан инароды Северного Кавказа”, “Тюркские народы Северного Кавказа”, ”Азербайджанцы и чеченцы: братья навеки: азербайджано-чеченские исторические связи”, “Татары в Азербайджане”, “Азербайджанская Демократическая Республика и государственные образования Северного Кавказа (1918-1920)” və başqa monoqrafiyaların müəllifidir.

Xanım alimimizi təbrik edirik və gələcək elmi fəaliyyətində uğurlar diləyirik.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN