Bloomberg yazır ki, milyarder Van Çuanfu tərəfindən idarə olunan avtomobil istehsalçısı indi elektrikli avtomobil bazarında yeni 1 nömrəli olmağa hazırlaşır.

Çinin BYD şirkəti tezliklə qlobal elektrik avtomobil bazarında Amerika şirkəti Tesla-nı əvəz edə bilər.

  Bloomberg-in proqnozuna görə, milyarder Van Çuanfunun təsis etdiyi Çin avtomobil istehsalçısı cari rübdə satışlarda İlon Maskın brendini keçəcək.

Hələlik Tesla gəlir və bazar kapitallaşması da daxil olmaqla əsas göstəricilərdə BYD-dən üstün olmağa davam edir.

  Bununla belə, Bernstein analitikləri (Wall Street-in aparıcı tədqiqat şirkətlərindən biri - red.) 2024-cü ildə fərqin xeyli daralacağını gözləyirlər - onların proqnozlarına görə, Tesla-nın satışları BYD-nin 112 milyard dolları ilə müqayisədə 114 milyard dollar təşkil edəcək.

Bloomberg yazır ki, BYD-nin qlobal lider kimi meydana çıxması elektrik avtomobil bazarı üçün dönüş nöqtəsi və Çinin qlobal avtomobil sənayesində artan təsirinin daha bir təsdiqi olacaq.

“Avtomobil sənayesində rəqabət mənzərəsi dəyişdi.  Söhbət artıq avtomobil şirkətlərinin ölçüsü və irsi haqqında deyil, onların innovasiya edə bilmə sürətindən gedir”.

 Bu sözləri həm BYD, həm də Tesla-ya sərmayə qoyan Bridjet Makkarti agentliyə deyib.

2000-ci illərin əvvəllərində avtomobil biznesinə girməzdən əvvəl, BYD Motorola və Nokia-ya litium-ion batareyalarının ilk Çin tədarükçüsü idi.

Agentlik bildirib ki, Mask az adamın onun elektrik avtomobillərini ala biləcəyi barədə xəbərdarlıq etsə də, BYD Çindəki ən ucuz Tesla Model 3 sedanından xeyli ucuz qiymətə ondan çox böyük model təklif edir.

Bloomberg, həmçinin xatırladı ki, 2011-ci ildə Maska BYD-dən rəqabətlə bağlı sual verilmişdi və Tesla rəhbəri gülərək belə cavab verib: "Siz onların maşınlarını görmüsünüz?"

Lakin 2023-cü ilin yazında milyarder etiraf edib ki, BYD avtomobilləri indi “çox rəqabətlidir”...

 

JASMİN

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN