Türkiyənin yeni hücum pilotsuz uçuş aparatı (PUA) ANKA-3 ilk uçuşunu uğurla həyata keçirib.

 TEZADLAR.AZ xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" səhifəsində bildirib. O,Türkiyənin Təyyarə Sənayesi Anonim Şirkəti - TAİ tərəfindən hazırlanan pilotsuz döyüş təyyarəsi “Anka-3”ün ötən gün - 28 dekabrda ilk uçuşunu uğurla həyata keçirdiyini açıqlayıb.

"Ümid edirəm ki, təyyarəmiz qabaqcıl texnologiyası, dizaynı və performansı ilə müdafiə qabiliyyətimizi gücləndirəcək", - deyə Türkiyə lideri qeyd edib.

Xatırladaq ki, ANKA-3  ilk dəfə 2023-cü ilin mart ayında nümayiş etdirilib

 Məlumata görə, ANKA-3 sisteminin texniki xüsusiyyətləri aşağıdakılardır:

ANKA-1 və ANKA-2 ilə ümumi avionika memarlığı və Yerüstü İdarəetmə Stansiyası
Aşağı radara görünmə qabiliyyəti
Yüksək sürətli manevr
Yüksək faydalı yük qabiliyyəti
LoS/BLOS (Peyk İdarəetməsi)
Maksimum uçuş çəkisi: 6500 kq
Faydalı Yükgötürmə qabiliyyəti: 1200 kq
Xidmət hündürlüyü: 40kft
Dözümlülük: 10 saat @ 30kf
Kreyser Sürəti: 250kts/0.42M @ 30kf
Maksimum Sürət: 425kts/0.7M @ 30kf.

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN