BMT MİSİRİN QƏZZA İLƏ BAĞLI QƏTNAMƏ LAYİHƏSİNİ QƏBUL EDİB
BMT Baş Assambleyasında Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnamə ilə bağlı xüsusi sessiya keçirilib.
BMT Baş Assambleyasında Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnamə ilə bağlı xüsusi sessiya keçirilib.
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri
Türkiyədə işsizlik səviyyəsi son 11 ilin ən aşağı səviyyəsinə düşüb.
İstehsal prosesinin artıq özü ölkəmizin ərazisində gizli laboratoriyalarda baş verir.”
Qazaxıstan Milli Məclisinin deputatı Snejanna İmaşeva bildirib ki, Qazaxıstan “sintetika” istehsalı mərkəzinə çevrilir.
TEZADLAR.AZ xəbər veriri ki, o, bu barədə Milli Məclisdə keçirilən hökumət saatında bildirib (kazpravda.kz).
“Bu il 900 kiloqrama yaxın sintetik məmulat ələ keçib və bu da ötən illə müqayisədə 74 faiz çoxdur. 25 milyon birdəfəlik dozanın dövriyyəyə buraxılmasına imkan verilməyib! Bu rəqəmləri düşünün.
Dövriyyə nə qədər artıb! Bu arada"sintetika" bişirmək üçün komponentlər (prekursorlar) və avadanlıq istehsal, sənaye ehtiyacları üçün başqa ölkələrdən bizə kifayət qədər qanuni və sərbəst şəkildə gətirilir. Məsələn, xlorid, sulfat turşusu və aseton narkotikin hazırlanması prosesində iştirak edir.
İstehsal prosesinin artıq özü ölkəmizin ərazisində gizli laboratoriyalarda baş verir”, - deyə deputat bildirib.
O, qeyd edib ki, prekursorların və avadanlıqların nəzarətsiz idxalına Qazaxıstanın gömrük-keçid məntəqələrində və gömrük postlarında yoxlama üçün texniki avadanlıqla, ümumiyyətlə, məsul şəxslər tərəfindən yoxlama ilə bağlı problemlərin olması şərait yaradır.
“Bütün məsul orqanlar – gömrük və sərhəd xidmətləri, daxili işlər orqanları, maliyyə monitorinqi Agentliyi qüvvələri birləşdirməli və onları prekursorların qaçaqmalçılığının və sintetik narkotiklərin yayılmasının qarşısını almağa yönəltməlidir”, - İmaşeva əlavə edib.
Xatırladaq ki, ötən ilin əvvəlindən Qazaxıstanda ölümcül toz və qarışıqların satıldığı 1,5 minə yaxın sayt və Telegram messencerində 430 çat müəyyən edilib. Rəsmi statistikaya görə, ölkədə cəmi 18,3 min narkoman var. 2022-ci ildə həddindən artıq doza qəbulundan 87 nəfər ölüb. Time.kz-ın məlumatına görə, bu rəqəmlər reallığı əks etdirmir. ÜST-ün məlumatına əsasən, Qazaxıstanda narkomanların sayı 150 min nəfərə çata bilər.
Qeyd edək ki, Azərbaycanda 2022-ci ildə narkotik vasitə istifadəçilərinin sayı ölkə üzrə 35 min 97 nəfər olub. Bu, Respublika Narkoloji Mərkəzinin məlumatıdır və təbii ki, yalnız rəsmi olaraq məlum olanlardır...
JASMİN
Qırğızıstan Respublikasının paytaxtında nəqliyyatdan biletsiz istifadə edilənlər 1000 som cərimələnə bilərlər...