Bu gün BMT-nin baş katibi Quterreş çağırış edib.

Sanksiyalar zəlzələdən zərər çəkmiş Suriya xalqına humanitar yardımın göstərilməsinə mane olmamalıdır.


Bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.

Bununla da o, zəlzələ fonunda birtərəfli məhdudlaşdırıcı tədbirlərin ləğv edilib-edilməməsi ilə bağlı sualı cavablandırıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə silsilə zəlzələ hadisələri baş verib. Yeraltı təkanlar Suriyanın Hələb, Latakiya, Tartus və Həma əyalətlərində də qeydə alınıb. Suriyada baş verən zəlzələdə 1,2 mindən çox insan həlak olub, yüzlərlə bina dağılıb.

Zəlzələdən sonra Suriya hakimiyyəti beynəlxalq ictimaiyyətdən zəlzələlərin nəticələrinə yardım göstərməyi xahiş edib.

Onu da qeyd edək ki, son məlumatlara görə, Türkiyədə baş vermiş zəlzələ nəticəsində indiyədək 16546 nəfər həyatını itirib. Onların arasında 4 nəfər Azərbaycan vətəndaşı da var. Axtarış-xilasetmə tədbirləri davam etdirilir. Ölkədə minlərlə bina dağılıb və zərər görüb. 

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN