Gürcüstanda İkinci Dünya Müharibəsi veteranları 9 may Qələbə Gününün qeyd olunması şərəfinə pul mükafatı alıblar.

Belə ki, Tbilisi rəhbərliyi Qələbə bayramı münasibətilə veteranlara 1000 lari (təqribən 685 manat) məbləğində pul mükafatı verib.

Bu barədə şəhər administrasiyasının mətbuat xidməti xəbər verib.

Qeyd edilir ki, hazırda Gürcüstanda 116 müharibə veteranı yaşayır.

Ölkə hökumətinin qərarı ilə Qələbə günü şərəfinə veteranlarının hər birinə 1000 lari, əcdadları cəbhədə həlak olmuş ölkə sakinlərinə isə 500 lari (təqribən 342 manat) veriləcəyi müəyyən edilib.

Gürcüstan paytaxtının administrasiyası isə Tbilisidə yaşayan 47 veterana 1000 lari, 39 nəfərin hər biri isə 500 lari alıb.

Xəbər verdiyimiz kimi, Özbəkistanda da İkinci Dünya müharibəsinin hər bir iştirakçısı və əlilinə pul veriləcək. Ölkə prezidentinin 2 may tarixli fərmanına əsasən, İkinci Dünya müharibəsinin hər bir iştirakçısı və əlilinə 18 milyon sum (təqribən 2675.65 manat))  məbləğində birdəfəlik pul mükafatı veriləcək.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Azərbaycanda 2022-ci ildə həyatda olan İkinci Dünya müharibəsi iştirakçılarının sayı 96 nəfər olub. Ötən il İkinci Dünya müharibəsində Qələbənin 77-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçısı olmuş 96 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik yardım ödənilib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN