"Ukrayna ordusu indi işğal olunmuş əraziləri geri almaq üçün lazım olan bütün vasitələrə malikdir".
TEZADLAR.AZ xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Lissabonda Portuqaliyanın baş naziri ilə birgə mətbuat konfransında bildirib. “Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni müharibəsi başlayandan NATO-ya üzv ölkələr [Ukraynaya] görünməmiş yardım göstəriblər. Əminəm ki, Ukrayna hərbçilərinin hazırda işğal olunmuş əraziləri geri almaq üçün lazım olan bütün vasitələri var”. O qeyd edib ki, irimiqyaslı işğal başlayandan bəri Ukraynanın yüngül tank əleyhinə silahlardan tutmuş müasir hava hücumundan müdafiə sistemlərinə, zirehli texnikalara və ağır döyüş tanklarına qədər dəstək olunub: "Və mən Alyans üzvlərinin ukraynalı pilotlara qanadlı raketlərdən və Qərb qırıcı təyyarələrindən istifadə etmək üçün təlim keçmək barədə son açıqlamalarını alqışlayıram", - deyə NATO-nun baş katibi vurğulayıb.
24News.ge