Gürcüstanın eks prezidenti Mixail Saakaşvili keçmiş həyat yoldaşı Sandra Rulofsu həyatda əsas sevgisi adlandırıb. O, bu barədə sosial şəbəkədəki səhifəsində məlumat verib.
Saakaşvili qeyd edib ki, Sandra indiyədək ona görüşmə xöşbəxtliyi yaşadan ən mehriban və ən ağıllı insandır.
“Nail olduqlarımın çoxu üçün ona borcluyam. Biz iki gözəl oğul - Gürcüstanın vətənpərvərlərini yetişdirdik. Sandra mənim həyatımın əsas sevgisi olaraq qalır, çünki bu, çox böyük sevgi hekayəsi və şəxsiyyətimin vacib hissəsi idi", - deyə Saakaşvili etiraf edib.
O, həyat yoldaşını bir vaxtlar incitdiyindən əzab çəkdiyini də vurğulayıb:
“Onu incitdiyim anlar üçün özümü çox pis hiss edirəm. Gələcəkdə ona, Eduard və Nikoloza dəstək olmaq üçün hər şeyi edəcəyəm”, - deyə qeyd edib.
Qeyd edək ki, ötən gün Saakaşvilinin keçmiş həyat yoldaşı onun həbsdə olduğu iki ildən bəri ilk dəfə görüşünə gəlib. Görünür, bu görüş, Saakaşvilinin ürəyinin "sarı siminə" toxunub və keçmiş günlərini - etibarlı həyat yoldaşını xatırladıb...
Lakin görüşdən sonra Sandra sosial şəbəkə hesabındakı açıqlamasında Mixailin yanına gəlməyə psixoloji cəhətdən hazır olmasının 2 il çəkdiyini, indi birlikdə olmadıqlarını, ona yalnız azadlıq, cansağlığı və xoşbəxtlik arzuladığını qeyd etdi.
Xatırladaq ki, hələ iki il əvvəl Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin sevgilisi -“Xalqın xidmətçisi” partiyasından olan ukraynalı deputat Yelizaveta Yasko televiziyalardan birinə müsahibəsi zamanı Saakaşvilinin həyat yoldaşı Sandra Rulofsla münasibətinin bitdiyini bildirmişdi və onunla birlikdə olduğunu da gizlətməmişdi. Lakin deputat onların rəsmi şəkildə ayrılıb-ayrılmadığını açıqlamaqda çətinlik çəkmişdi.
Bu il isə Saakaşvili və Ukrayna Ali Radasının deputatı Yelizaveta Yaskonun bu birlikdəlikdən bir qızları dünyaya gəldi.
Uşağın doğulmasını siyasətçinin qardaşı David Saakaşvili də KİV-ə açıqlamasında təsdiqləyib. Daha əvvəl deputat özü də sosial şəbəkə hesabında uşaq dünyaya gətirdiyini açıqlamışdı.
Y.MƏMMƏDLİ