2023-cü ildə Azərbaycana dünyanın 187 ölkəsindən 2 085,8 min və ya əvvəlki illə müqayisədə 30,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
TEZADLAR.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci illə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 44,6 faiz artaraq 824,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 41,6 faiz artaraq 104,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,1 faiz azalaraq 350,2 min nəfər olub. Ölkəyə gələn əcnəbilərin 71,4 faizi hava, 27,3 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Bununla yanaşı, 2022-ci illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 25,5 faiz artaraq 1868,7 min nəfər olub. Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşlarının sayı 1,5 dəfə, Gürcüstana gedənlərin sayı 31,8 faiz, Türkiyəyə gedənlərin sayı 24,3 faiz artıb, İrana gedənlərin sayı 27,7 faiz azalıb. 2023-cü ildə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,5 faizi hava, 30 faizi dəmir yolu və avtomobil, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.