Fransa prezidenti Emmanuel Makron G7 sammitində iştirak etməyəcək.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, Fransa lideri fermerlərin etirazları ilə bağlı daxili işlərlə məşğul olduğu üçün sammitdə iştirakdan imtina edib. Nəşr qeyd edir ki, İtaliyanın baş naziri Giorgia Meloni videokonfransın keçiriləcəyi Kiyevə şəxsən gəldiyini nəzərə alaraq, Makronun qərarı italyan tərəfdaşlarına hörmətsizliyin ifadəsidir.
Fevralın 24-də Rusiya və Ukrayna arasında müharibənin başlamasının ikinci ildönümündə Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson, Belçikanın baş nazirləri Alexander De Croo, Kanada baş nazirləri Castin Trudeau və AK prezidenti Ursula fon der Leyen də Kiyevə gəliblər.
trend