Növbəti görüşümüz Füzuli rayon Horadiz şəhərində qəbul üçün müraciət edən sakinlərimiz ilə oldu. TEZADLAR.AZ xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov sosial media hesabında bildirib.
Deputat vurğulayıb ki, görüşə gələn seçicilərin problemləəri dinlənilib və qərarlar alınıb.
"Görüş zamanı 60-dan çox seçicimizin qayğılarını dinlədik və bəzi müraciətlərlə bağlı qərarlar qəbul etdik. Həmyerlilərimizin müraciətləri əlillik dərəcəsinin alınması, mülkiyyət hüququ, məşğulluq, mənzil təminatı, sahibkarlıq fəaliyyəti, səhiyyə xidməti, sosial təminat və digər mövzuda idi.
Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq.
Horadiz şəhərində təşkil olunacaq növbəti görüşümüzdə iştirak etmək istəyən həmyerlilərimiz deputat köməkçisi Eltun Agakishiyev (0502268002) ilə əlaqə saxlamaqla öncədən qeydiyyatdan keçə bilərlər", - deyə o qeyd edib.

Qeyd edək ki, Vüqar Bayramov 1975-ci il 13 iyun tarixində Füzuli rayonu Aşağı Güzlək kəndində doğulub

 

1992-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil alıb. 1997-ci ildə həmin universitetin aspiranturasına daxil olan Vüqar Bayramov, 2002-ci ildə iqtisadiyyat elmləri namizədi dərəcəsi almışdır. 2003–2004-cü illərdə ABŞ-nin Vaşinqton Universitetinin iqtisadiyyat fakültəsində təhsil alıb.

 

Vüqar Bayramov 2020-ci il 9 fevral tarixində keçirilən növbədənkənar parlament seçkilərində 84 saylı Füzuli seçki dairəsindən VI çağırış Milli Məclisin deputatı seçilib. Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin üzvüdür.

JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN